Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Novruz Məmmədov tapşırıqlar verdi
Tarix: 03-05-2019 | Saat: 20:37
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Novruz Məmmədov tapşırıqlar verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qaldırılan məsələlərlə əlaqədar Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Baş Nazir Novruz Məmmədov 2019-cu ilin birinci rübündə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib və müşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib. Baş Nazir bu müddət ərzində aparılan ciddi sosial əhəmiyyətli islahatların, verilən qərarların Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qarşılandığını, ölkəmizin həm regional, həm də dünya miqyasında reytinqinin daha da yüksəlməsinə səbəb olduğunu vurğulayıb. Xüsusən də, Dövlət başçısının əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemlərini daim diqqətdə saxlaması Nazirlər Kabineti üçün də prioritet məsələlərdən biridir. Bununla yanaşı, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri də müsbət dəyişikliklərlə nəticələnib. Ölkədə bütün iqtisadi göstəricilər üzrə davamlı inkişaf müşahidə olunur, icra edilən böyük investisiya və infrastruktur layihələri iqtisadiyyata öz töhfəsini verir. Bu rüb ərzində Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, o cümlədən ölkədə aqrar sahənin şaxələndirilməsi və dayanıqlı inkişaf istiqamətində atılan addımlar Dövlət başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.
Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra, Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.


Xəbəri paylaş

4908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___