Novruz Məmmədov: Allah Ermənistan rəhbərliyinin ağlını alıb
Tarix: 24-07-2015 | Saat: 18:03
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
“Prezidentləri görüşdürmək istəyirlər”.
Bu ilin yarım ili ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəzərəçarpan irəliləyiş olmayıb.
Xeberaz.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, müəyyən addımlar atılsa da, nəticə yoxdur:
“Elə həmsədrlər buna görə də regiona səfər etdilər. İradə nümayiş etdirdilər ki, xarici işlər nazirləri, prezidentlər görüşsünlər. Amma Azərbaycan prezidenti bəyan edir ki, görüşə hazırdır, amma görüş görüş xatirinə olmasın”.
N.Məmmədov qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində görüşü barədə hələlik razılıq yoxdur:
“Həmsədrlər prezidentləri görüşdürmək istəyirlər. Amma bu görüşün sentyabr, oktyabr, yaxud noyabrda olacağını deyə bilmərəm”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan gec-tez öz torpaqlarını qaytaracaq:
“Yunanlar deyirlər ki, Allah kimisə cəzalandıranda əvvəlcə ağlını alır. İndi yəqin ki, Allah Ermənistan rəhbərliyinin ağlını alıb. Erməniləri iki yerə bölmək lazımdır. 6-7 milyon erməni müxtəlif ölkələrdə qoltuqlarda rahat yaşayır, 1-1,5 milyon isə Ermənistanda onların cəzasını çəkir, gələcəkləri yoxdur. Ermənistan müstəqillik qazanan zaman iddialarla çıxış etməsəydilər, indi Azərbaycanda da çox rahat yaşayırdılar”.
Xəbəri paylaş
5878 dəfə oxunub.
Digər xəbərlər

27-10-2017, 10:01
Ərəblər bunu da etdi - Robota ilk dəfə vətəndaşlıq verildi-VİDEO
31-12-2021, 15:20
Evli insanların infarkt riski daha azdır - Boşananlar nə etməlidir?
11-04-2018, 19:02
Aqil Acalov "Bu gün Azərbaycan xalqı qarşıdakı 7 il ərzində daha parlaq Azərbaycan naminə seçkilərdə fəallıqların nümayiş etdirirlər"
25-05-2016, 14:21
Ermənilər dünya ictimaiyyətini aldadır - Foto
6-05-2016, 13:42
“İnsanlar bu saat problem içindədir...” - Deputat İlham Əliyev
8-01-2017, 18:48
Biz onları əvəzolunmaz sayırıq, amma üzə sürtmək olmazmış
15-03-2021, 20:44
Bakıda ilahiyyatçı bıçaqlandı
13-08-2023, 12:19
Varlılar kasıblardan daha ağıılıdır? – Zəkamız haqqında bilmədiklərimiz
7-12-2022, 12:40
Tarqovıda restoranda insident: administrator müştəriləri HƏDƏLƏDİ