Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapıldı - FOTO
Tarix: 27-03-2022 | Saat: 18:02
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər




Bakı bulvarında dənizdə meyit tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Qənbərli İlkin Bakı Dövlət Universitetində (BDU) təhsil alırmış. O, BDU-nun Geologiya fakültəsinin tələbəsi olub.
19 yaşlı gənc mart ayının əvvəli itkin düşmüşdü.













Xəbəri paylaş

3448 dəfə oxunub.

Digər xəbərlər
6-02-2017, 16:28 Bakıda vulkan püskürüb

bütün xəbərlər
____ Instagram ___