Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayraktar təlimi başa vuran hərbçilərimizə sertifikat verdi - VİDEO
Tarix: 06-02-2021 | Saat: 10:34
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər

Bayraktar təlimi başa vuran hərbçilərimizə sertifikat verdi- VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) 77 hərbçisinin Türkiyənin “Baykar” şirkətində keçirilən təlimləri uğurla başa vurublar. 
"Xeberaz.Az" xəbər verir ki, 4 ay davam edən “Bayraktar TB2 silahsız pilotsuz təyyarələrin (SİHA) operatoru” təlimində iştirak edən hərbçilərimiz SİHA pilotu, komana idarəetmə, yük operatoru və digər texniki vəzifələr üzrə sertifikatlar alıblar. 
Ədirnə vilayətinin Keşan rayonundakı “Baykar” Uçuş Təlim Mərkəzində təşkil edilən mərasimdə təlimçilərə sertifikatları şirkətin baş direktoru Haluk Bayraktar və “Baykar Texnologiya”nın lideri Səlcuq Bayraktar təqdim edib. 
Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın Türkiyədəki Hərbi Attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanının müavini polkovnik Elşad Pənahov və general Namiq İslamzadə, Müdafiə Nazirliyinin HHQ İdarəsinin rəisi polkovnik Elçin Axundov iştirak edib.




Xəbəri paylaş

4088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___