Bakıda mağaza eyni oğrular tərəfindən ikinci dəfə qarət olundu – FOTO
Tarix: 30-10-2015 | Saat: 13:12
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Hadisənin üstü açılmayıb.
Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində oğurluq hadisəsi olub.
Xəbəraz.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə qəsəbənin Quşçuluq massivində yerləşən mağazalardan birində qeydə alınıb.
Naməlum şəxslər gecə saat 4 radələrində mağazanın dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar.
Onlar xeyli ərzaq məhsullarını, 500 manatadək dəyərində siqaret, 300 manatdan çox danışıq kartı, 700 manat nağd pul və bir qutu yumurta aparıblar. Monitorda oğruları görən ev sahibləri dərhal həyətə düşüblər.
Mağaza evin qarşısında olduğundan evin həyətindən dükana açılan qapını oğrular içəridən bağlayıblar.
Mağaza sahibinin sözlərinə görə bu ilk oğurluq hadisəsi deyil. Buna qədər eyni oğrular bir dəfə mağazanı qarət ediblər. Bundan əvvəl onlar mağazaya damdan daxil olaraq yarıblar. Hətta görüntüləri də qeydə alınıb. Amma hadisənin üstü açılmayıb, oğrular tapılmayıb.
Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, əl-barmaq izlərini götürüblər.
Faktla bağlı Suraxanı rayonu 30-cu polis bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

1-08-2017, 11:46
"Sədərək" ticarət mərkəzində KÜTLƏVİ DAVA
27-11-2017, 16:45
Yevlaxda 13 yaşlı bəylə 14 yaşlı gəlin... - Qaraçı toyu / FOTO
20-08-2022, 12:11
Bazar gününün HAVA PROQNOZU
27-11-2018, 10:37
Baş nazirdən siqaret və alkoqollu içkilər barədə - QƏRAR
29-07-2015, 02:31
Jurnalistə əl qaldıran baş məşqçi istefaya göndərildi
14-07-2018, 18:01
Ruhani: ABŞ-ı öz müttəfiqləri də təcrid edir
18-09-2017, 12:58
İsti hava davam edəcək
16-09-2019, 12:07
Bakıda taksi sürücüsü piyada keçidində yaşlı kişinin üstündən belə keçdi – ANBAAN VİDEO
2-10-2016, 13:03
Çində iki bina yerlə yeksan oldu
29-07-2019, 15:41
211 uşaq vərəmə yoluxub - Azərbaycanda