Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BMT nümayəndəsi: “2017-ci ildə dünyada 124 milyon insan aclıqdan əziyyət çəkib”
Tarix: 24-03-2018, 11:09 | Saat: 15:47:00
Bölmə:Karusel / Araşdırma | çapa göndər



“2017-ci ildə dünyada 124 milyon insan aclıqdan əziyyət çəkib. Bu rəqəm 2015-ci ildə 80 milyon, 2016-da isə 108 milyon təşkil edib”.
Bunu BMT-nin Fövqəladə Hallar Yardım Koordinatoru Mark Lokok deyib.
 
O bildirib ki, yaşanan münaqişələr, ekstremal hava şəraiti və ərzağın qiymətlərinin artması faciəvi humanitar vəziyyətlərə gətirib çıxarır.
 
M.Lokokun sözlərinə görə, ac xalqların üçdə ikisi münaqişə zonalarında, ac uşaqların təxminən 80 faizi və ya 155 milyonu müharibə şəraitində yaşayır.
 
BMT rəsmisi əlavə edib ki, silahlı münaqişələr 18 ölkədə aclığa səbəb olub ki, onlardan da 15-i Afrika və Yaxın Şərq bölgəsində yerləşir.
 
Təbii fəlakətlər, ilk növbədə quraqlıq 23 ölkədə qida böhranı yaradıb. Bu ölkələrin üçdə ikisi Afrika qitəsində yerləşir.
 
Münaqişə zonalarına göndərilən humanitar işçilərin də zərər çəkdiyini qeyd edən M.Lokok bildirib ki, təkcə Somalidə ötən il 116 humanitar işçi istismara məruz qalıb, o cümlədən 16 nəfər ölüb, 31 nəfər oğurlanıb.
 
BMT-nin yaydığı yeni hesabatda qeyd edilib ki, 2018-ci ildə qarşıdurmalar Əfqanıstan, Mərkəzi Afrika, Konqo, Nigeriyada, Çad bölgəsində, Cənubi Sudan, Suriya, Liviya, Mali və Nigerdə ərzaq böhranları yarada bilər. Quraqlıq hava şəraiti Seneqal, Çad, Niger, Mali, Mavritaniya və Burkina Faso da daxil olmaqla Somali, Efiopiya, Keniya, Qərbi Afrika ərazilərində aclıqlara səbəb ola bilər. Bu gün üçün ərzaqla bağlı ən çətin vəziyyət Yəməndə müşahidə olunur və proqnozlara görə, gələn il bu ölkədə vəziyyət daha da pisləşəcək.
Sponsor-@sevimli.magazam (saat mağazısı)

3268 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___