Xanım sürücü "Prins Baku" ləqəbli altıqat dünya çempionunu xəstəxanalıq etdi - FOTO
Tarix: 27-05-2020 | Saat: 23:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb.
"Xeberaz.Az"xəbər verir ki, əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub.
Karantin postunda "Audi" markalı maşını idarə edən qadının icazə sənədi olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili ilə K.Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib. Xəstəxanada müayinə zamanı məlum olub ki, onun ayağında vətərlər qopub.
Hazırda prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır.
Xatırladaq ki, K.Şərifov 2015 ci ildə də Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində növbə zamanı 5 nəfərlik cinayətkar qrupu zərərsizləşdirərkən 3 bıçaq yarası almışdı.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

29-03-2017, 12:45
60 milyardlıq Breksit başladı
18-09-2018, 16:10
Prokuror iranlı tələbəni Bakıda öldürən dəstəyə ağır cəza istədi - 58 il 6 ay - FOTO
19-09-2019, 12:31
Nanə Üzeyir Mehdizadə ilə bir arada - FOTO
5-04-2018, 09:23
“Kişiliyi varsa, o məmurun adını çəksin...” - Qarşıdurma
20-06-2023, 11:07
Bakıda avtobuslarda yenilik - İyulun 1-dən tətbiq ediləcək
25-02-2017, 20:04
Şüyüdün boyun osteoxondrozunu müalicə etdiyini bilirdinizmi?
26-04-2016, 22:42
Səudiyyə və Türkiyə eyni yolun yolçusudur"
22-06-2015, 18:31
PREZDENTİN REKORDU
16-07-2016, 00:54
Türkiyədə hərbi çevrilişə cəhd edildi - Təcili