Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda avtobuslarda yenilik - İyulun 1-dən tətbiq ediləcək
Tarix: 20-06-2023 | Saat: 11:07
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir.

"BakıKart" plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, "BakıKart" plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər.

Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir.

İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.

Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir.

"BakıKart" mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdikləri mobil nömrə və şifrəni daxil etməklə mobil tətbiqdən yararlana bilərlər.

"BakıKart" mobil tətbiqinin beta versiyasını həm "App Store", həm də "Google Play Store"da yükləmək mümkündür.

Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və "141" Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

təqdimatda çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək.

"Mobil tətbiq vasitəsilə istifadəçilər səfərlərini planlaşdıra, "BakıKart"ın balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir", - A.Rzayev qeyd edib.




Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər
30-03-2017, 11:53 Tahir İmanov ata oldu

bütün xəbərlər
____ Instagram ___