Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? - Qiymətlər yüksəkdir - VİDEO
Tarix: 16-07-2023 | Saat: 10:56
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər



İsti yay günlərində əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də çimərliklərdir. Ödənişli və yaxud ödənişsiz, hər kəs istirahətini cibinə görə müəyyənləşdirir.

Amma özəl çimərliklərə giriş haqqının baha, məhdudiyyətlərin isə sərt olması paytaxt sakinlərinin daha çox pulsuz çimərliklərdə üz  tutmasına gətirib  çıxarır.

Xeberaz.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər ictimai çimərliklərə üstünlük verdiklərini müxtəlif cür izah edirlər.

Özəl çimərliklərdən fərqli olaraq burada sərt  qaydalar tətbiq  edilmir. Kimi  özü ilə samovar gətirir, kimi də yemək-içmək.

Bəs görəsən özəl çimərliklərdə qiymətlər niyə bahadır?

Apardığımız araşdırma zamanı məlum oldu ki, özəl çimərliklərdə giriş haqqı 20-30 manat arasında dəyişir. İstirahətə gələnlər daxili qaydalara riayət etməlidir.

Çimərliyə nəinki yemək-içmək, hətta su gətirməyə belə icazə verilmir. Marketlərdə 40-50 qəpiyə satılan su burada 3 manata təklif edilir.

Qiymətlərin belə olması xidmət  səviyyəsinin yüksək olması ilə izah edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Xəbəri paylaş

1078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___