Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beyləqan Statistika İdarəsində korrupsiya əməlləri
Tarix: 12-05-2020 | Saat: 16:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Həftə-Reytinq | çapa göndər

Rövşən Quliyev sahibkarlardan hər il hesab alaraq onların gəlirlərinin gizlədilməsinə köməklik edir

Son aylar bir çox qurumlarda baş alıb-gedən korrupsiyaya əməllərinə qarşı keçirilən tədbirlər onu göstərir ki, dövlət rəhbərliyi ölkəni bataqlığa sürükləyən rüşvətxor məmurlardan qurtulmaq qərarı verib. Azərbaycanda dövlət büdcəsindən maliyələşən qurumların əksəriyyətində ciddi korrupsiya əməlləri mövcuddur. Bu barədə ölkə mətbuatında illərdi müxtəlif məlumatlar dərc edilib. Belə qurumlardan biri Dövlət Statistika Komitəsidir desək heçdə yanılmarıq. İlk başdan deyərsiniz ki, işi ölkəmizin stastikası ilə məşğul olmaq olan Dövlət Statistika Komitəsində korrupsiyə halları necə baş verə bilər? Əgər adı çəkilən qurumun bir rayonunda korrupsiya halları mövcddursa demək ki, eyni hal bütün rayonlarda fəaliyyət göstərən idarələrdədə baş verir.

Dövlət Statistika Komitəsinin korrupsiyay bulaşmış idarələrindən biridə Beyləqanda yerləşir. Beyləqan Statistika İdarəsi rayonumuzda ən kiçik idarələrdən biridir. Ancaq bu kiçik idarədə özündən çox-çox böyük korrupsiya əməlləri baş verməkdədir. "Xeberaz.Az" “Beyləqan Xəbərləri” səhifəsinə istinadən məlumat verir ki, Beyləqan Statistika İdarəsinin müdiri Rövşən Quliyev özünə çox “asan və təmiz” qazanc mənbəyi tapıb. Bu “asan və təmiz“ qazanc mənbəyi ondan ibarətdir ki, Beyləqan rayonunda fəaliyyət göstərən özəl təsərrüfatlar ildə bir dəfə Rövşən Quliyevə hesab verirlər. Özəl təsərrüfat sahibləri əldə etdikləri qazancları dövlətdən məhz Rövşən Quliyevin vasitəsi ilə gizlədirlər desək heçdə yanılmarıq. Bu faktı Beyləqan rayonunda təsərrüfat sahəsi ilə məşğul olanlar yaxşı bilirlər.

Məlumata görə özəl təsərrüfat sahiblərinin Beyləqan Statistika İdarəsinin müdirinə ildə bir dəfə verdikləri hesab onların dövlətdən gizlətdikləri gəlirin 20 faizi qədərdi. Əslində hər bir sahibkarın ildə nə qədər hesab verməsi artıq neçə ildir ki, eyni ənənə ilə davam edir. Yəni sahibkarlar torpaq sahələrində, təsərrüfatlarında nə işlə məşğul olmalarından asılı olamayaraq eyni hesabı Rövşən Quliyevə verirlər. Öz növbəsində isə Rövşən Quliyev hər il bir neçə gün tər tökərək sahibkarlar haqqında statistik məlumatları aşağı-yuxarı yeniləyərək Dövlət Statistika Komitəsinə göndərir.

"Xeberaz.Az"  “Beyləqan Xəbərləri” səhifəsinə  bildirir ki, bir müddət öncə ölkə mətbuatında Beyləqan Statistika İdarəsininin müdiri Rövşən Quliyevin idarədə adı gedən, amma faktiki işə gəlməyən 15 nəfərə yaxın işçinin maaş kartlarını cibində gəzdirməsi ilə bağlı məlumat yayılmışdı. Həmçinin R.Quliyevin Beyləqan Statistika İdarəsinin inzibati binasının bir hissəsini qeri-qanuni olaraq, abituriyent hazırlıq kursları aparan tədris mərkəzinə icarəyə verərək, bu mənbədən daxil olan gəliri vergi ödəmədən tam şəkildə mənimsədiyi qeyd edilirdi.
Ancaq mətbuatda dərc edilən bu məlumatlar qısa müddətdən sonra silindi. Görünür Rövşən Quliyev Beyləqan Statistika İdarəsində həyata keçirtdiyi korrupsiya əməllərinin Dövlət Statistika İdarəsinin rəhbərliyinin xəbər tutmaması üçün bu yola əl atıb.

Mövzu ilə bağlı araşdırmamız davam edir.



1918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___