Ukrayna Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir
Tarix: 02-12-2015 | Saat: 21:33
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Ziyafət Əsgərov Lojkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Ukrayna Prezident Administrasiyasının başçısı Boris Lojkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Ukrayna Aleksandr Mişşenko və digər rəsmi şəxslər iştirak ediblər.
Z. Əsgərov ölkələr arasındakı dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu və müstəqillik əldə etdikdən sonra əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirib.
O, hər iki ölkənin parlamentlərinin dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını, deputatların nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq etdiklərini söyləyib. Z. Əsgərov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Ukraynanın göstərdiyi dəstəyə və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.
B. Lojkin isə Azərbaycanla əlaqələrin genişlənməsinə böyük önəm verdiklərini və hökumətlərarası komissiyasının fəaliyyətinin gücləndirilməsinin əməkdaşlığın dərinləşməsində mühüm rol oynayacağına inandığını vurğulayıb.
B. Lojkin bu yaxınlarda ölkəsinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi prosesində Azərbaycanın göstərdiyi dəstəyi yüksək dəyərləndirib. O, Dağlıq Qarabağ probleminin həllində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini də xüsusi vurğulayıb.
Qəbulda parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, iqtisadi, ticarət, kənd təsərrüfatı, enerji, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.
Xəbəri paylaş
5798 dəfə oxunub.
Digər xəbərlər

21-06-2015, 00:14
Millət vəkili başı kəsilən uşaqlara görə şoka düşdü
9-06-2022, 12:02
PKK simvolu ilə bağlı Bakıda insident - Həbs edilən var
25-09-2019, 13:17
Fuad Qəhrəmanlının həyat yoldaşı üzr istədi
12-03-2015, 18:30
Məşhur aparıcının uşaqlıq şəkilləri yayıldı – FOTO
4-05-2016, 22:50
Qriqoriu: “Bu, əsl təcavüzdür”
31-03-2018, 12:24
Azərbaycanlı deputatı tutduran biznesmen həmyerlimiz SAXLANILDI
7-02-2021, 16:07
Lerikdə başçı zootexniki necə bankir etdi? - ŞOK FAKTLAR
6-03-2016, 19:24
Bu il doğulan oğlan uşaqlarına Abdullah, Amin, Əbəlfəz kimi adlar da verilib - SİYAHI
26-06-2015, 12:49
Virtual intim xəyanət sayılırmı?
13-06-2020, 11:43
"Qalatasaray" növbəti dəfə koronavirus testindən keçirildi