Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğlumu Öldürüblər deyən Ata-Ananın fəryadı-DƏHŞƏTLİ - VİDEO
Tarix: 07-06-2018 | Saat: 18:57
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Reportaj | çapa göndər




Ata fəryadını kimlər boğur?
Bala dərdindən beli bükülmüş ağsaqqal ata yerdən göydən üzülən əllərini başına qoyub,- "oğul vay " deyə fəryad edirdi. Qəlbimizi göynədən mənzərəyə biganə qalmayıb, qoca atanın dizinin dibini kəsdirib, dərdinə şərik olmaq istədik. Bizim jurnalist olduğumuzu bilən ata, Ağsu rayon, Ləngəbil kənd sakini Bəkirov Ələmdar kişinin dərdi yenidən təzələndi.
Oğlu Bəkirov Marif Sulutəpə qəsəbəsində qayınları və həyat yoldaşının qohumları Nuriyev Ramin, Muradov Kamran və Mirzəyev Tariyel ilə birgə Səmədov Elşad Hacıbala oğlun adlı şəxsin, şəxsi əmlakında işləyirdilərlər. (Qeyd: Əmək müqaviləsi, podrat müqaviləsi, mülki-hüquqi müqavilə və.s bağlanılmadan) Atanın bildirdiyinə görə oğlunun birgə işlədiyi qayınının mərhum Marif Bəkirova borcu var imiş. Bu səbəbdən də son iki ayda evində, iş yerində ciddi narazılıqlar yaşayırmış.
06 iyun 2017-ci il tarixində də Marif yuxarıda adları qeyd olunan şəxslərlə birgə iş yerində olub. Mərhumun ata-anası elə həmin gün oğlunun evinə qonaq gəlir və oğullarının əsəbi olduğunu və səbəbini soruşurlar. Valideyinlərinə hec nə deməyən Marifin anası gəlinindən oğlunun gərginliyinin səbəbini soruşduqda mərhumun həyat yoldaşı Bəkirova Tamella:-"Oğlunuz bir gün kimsənin əlində öləcək" deyə müəmmalı cavab verir. Valideyinlər evə döndükdən sonra axşam radələrində ataya zəng olunub, oğlunun öldürüldüyü bildirilir.
Təcili oğlunun Sulutəpə qəsəbəsində kirayə yaşadığı evə gələn ata, hadisənin Səmədov Elşadın evində baş verdiyini öyrənir. Təxminən saat 20:20 radələrində baş verən hadisədən sonra Marifin cansız bədəni hadisə yerindən uzaqlaşdırılıb, kirayə yaşadığı mənzilə gətirilir. Ata Bəkirov Ələmdarın və ailə üzvlərinin gəldiyi vaxta qədər hadisə barədə nə mərhumun işlədiyi evin sahibi Səmədov Elşad, nə birgə işlədiyi şəxlər, nə də həyat yoldaşı və digər şəxlər hüquq mühafizə orqanlarına və Təcili Tibbi Yardım Xidmətinə məlumat verməyirlər.
Oğlunun cansız cəsədi ilə qarşılaşan ata DİN-nin 102 qaynar xəttinə zəng edib hadisəni bildirir. Təcili Tibbi Yardım Xəstəxanasına da elə bundan sonra məlumat verilir. Xəstə Binəqədi rayon xəstəxanasına çatdırılır və həkimlərin ilkin müayinəsindən, hal şahidlərinin tok vurma iddiasını rədd edir. Hadisə yerinə gələn ev sahibi Səmədov Elşad və Mariflə birgə işləyən şəxlər qalmaq şərti ilə ata 40 saylı polis bölməsinin mayoru tərəfindən xəstəxanadan uzaqlaşdırılır.
Nəhayət həkimin ikinci dəfə təkrar yoxlanışından sonra həkim Əlamdar kişiyə yaxınlaşıb,-"Oğlunuzu tok vurmasından şübhələnirəm, siz şikayət etməyin" deyə bildirir. Əlavə olaraq meyidin alın hissəsini yarıb, analiz üçün nümunə götürdüyünü bildirir.
Mərhumun yas mərasimi verildiyi vaxt ev sahibi E.Səmədov mərasimə gəlir. Ələmdar kişiyə hadisə ilə bağlı şikayət etmədikləri təqdirdə oğlunun ailəsini, evini lazımı səviyyədə təmin edəcəyini bildirir. Hətta yas mərasiminin keçirilməsi üçün 2000(iki min) manat pul təklif edir. Ailə Elşadın təklifini qəti şəkildə rədd edir.
Atanın iddiasına görə isə mərhumun həyat yoldaşı E.Səmədovla görüşüb, təklif etdiyi 2000(iki min) manat pulu alır və ərinin ölümü barədə şikayət etməyəcəyini bildirir.
İşin istintaqını aparan Binəqədi rayon prokurorluğu işə tok vurma hadisəsi kimi xitam verir.
Oğlunun müəmmalı ölümü ilə və təhzib olunmuş faktlarla razılaşmayan ata oğlunun qırx mərasimindən sonra qəbirin yenidən açılb, meyidin eskumasiya olunmasını tələb edir. Çox təəsüf ki, yenədə meyid yarılmır, təsdiq olunmuş tok vurma faktı qüvvədə qalır.
Biz hadisə ilə bağlı araşdırma apararkən ailənin yaxınlarından olan Seyidov Babaseyid və Cəbrayılov Mirzağa adlı şəxslər bizə olduqca maraqlı faklar qeyd etdilər.
Mərhumun yas məclisi gedən zaman E.Səmədov Bəkir kişinin qudası Seyidov Babaseyidə və Cəbrayılov Mirzağaya bildirib ki, meyidin yarılmaması üçün həkimə 600 (altı yüz) manat pul ödəyib. Onu da qeyd edib ki, meyidin orqanlarının çıxarılıb satılmaması üçün bunu edib. 200 (iki yüz) manat da Mahirə verdiyini söyləyib.(Mahirin kimliyini bilmədik).
Olayların xülasəsinə diqqət yetirdikdə baş vermiş ölüm hadisəsinin açq-aşkar cinayət faklarının olması və onların ciddi cəhdlə gizlədilməsini ehtimal edirik.
1. Marif Bəkirov  saat 20-20 radələrində işlədiyi E.Səmədovun şəxsi əmlakında dünyasını dəyişir. Faktla bağlı nə ev sahibi, nə də hal şahidləri aidiyyatı orqanlara məlumat vermir, əksinə olüm hadisəsinin izlərini itirmək, tətqiqatı yalnış istiqamətə yönəltmək məqsədi ilə meyidin hadisə baş verdiyi yerini dəyişdirilməsi.
2. Meyidə ilkin baxış zamanı tok vurma barədə həkimin qəti şəkildə rədd edtdiyi rəyi, sonradan hansı bir səbəbdənsə qüvvəyə minməsi.
3. Hal şahidlərinin dindirilməsi zamanı şahid ifadələrinin bir-biri ilə uyğunsuzluğu.
4. Meyidin istintaqının aparılması zamanı tok vurmsı halının təsdiq edilməsi, lakin meyidin üzərində deformasiya olunmayan toxuma örtüyünün olmaması.(Elektrik cərəyənı vurması nəticəsində yaranan istilik energisinin təsirindən dəri hüceyrələrinin yanması, qaralması halı.)
5. E.Səmədovun təbiri ilə desək yarılmış meyidin orqanların satılması faktının bilməsi və gizlətməsi.
6. Meyidin yarılmaması üçün E.Səmədovun söylədiyinə əsasən həkiminə verdiyi pul vəsaiti. .
7. E.Səmədovun şəxsi əmlakında əmək qanunvericiliyini kobud şəkildə pozmaqla insanları işlətməsi.
Redaksiyamıza pənah gətirən dərdli ata-ana balasının vaxtsız dünyadan köçməsi dərdinə bir təhər qatlaşdıqlarını söylədilər. Lakin balasının ölümündə günahkar olanların ört-basdır edilməsinə dözə bilmədiklərini dedilər.
Bizə haq səslərini ölkə Prezidentinə, çatdırmağımızı, övladlarının ölüm səbəbinin Respublika Prokurorluğunda yenidən araşdırmaya başlaması üçün köməklik etmələri üçün göz yaşları içində xahiş etdilər.
Əziz ata-ana! Biz inanırıq ki sizin haq səsiniz lazımı insanlarln qulağına çataçaq və övlaınızın qatilləri laiqli cəzalarını alacaqlar.
"Xəbəraz.az"




Xəbəri paylaş

2 6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___