Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik rəisinin işdən çıxarılma səbəblərini açıqladı
Tarix: 09-07-2015 | Saat: 19:07
Bölmə:M / Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər

Nazirlik rəisinin işdən çıxarılma səbəblərini açıqladı
Fətəliyev bundan sonra xidmətini digər sahədə davam etdirəcək.
Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Mübariz Fətəliyevin işdən çıxarılması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlara aydınlıq gətirib.

ANS PRESS xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Trend-ə bildirib ki, YPB-nin rəisi M.Fətəliyev tabelikdəki əməkdaşlar üzərində nəzarəti zəiflətdiyinə, əsassız olaraq nəqliyyat vasitələrinin saxlanılması barədə göstəriş verdiyinə, bununla da onların və sərnişinlərin haqlı narazılıqlarına səbəb olduğuna, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının təmin olunmasına laqeydlik göstərdiyinə, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşdığına və bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmadığına, habelə DİO əməkdaşlarının Etik Davranış Kodeksinin, İntizam Nizamnaməsinin və müvafiq Təlimatın ayrı-ayrı maddələrini pozduğuna görə daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.


DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov

M.Fətəliyev bundan sonra xidmətini digər sahədə davam etdirəcək.


Xəbəri paylaş

7558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___