Azərbaycanda qrip virusu ilə bağlı SON VƏZİYYƏT AÇIQLANDI
Tarix: 12-02-2019 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycanda qrip virusu ilə bağlı vəziyyət sabitləşib".
Xəbəraz.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda adi qrip virusu yayılıb və insanların vahiməyə düşməsinə heç bir əsas yoxdur: "Ölkədə bu günə qədər qripdən ölüm faktı qeydə alınmayıb. İndiki qrip virusu aparılan müalicə tədbirlərinə tabe olur. Doğrudur, qrip virusu əleyhinə effektiv müalicə vasitəsi yoxdur. Amma, hər halda, həkim məsləhəti altında müalicənin aparılması müsbət nəticə verir. Xəstəlikdən insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Yüngül formada keçən xəstəlik ev şəraitində, ağır formada olan isə xəstəxana şəraitində müalicə olunmalıdır".
C.İsayev valideynləri uşaqlarının yalnız qrip deyil, digər respirator virus infeksiyalarına yoluxduğu halda, onları məktəbə buraxmamağa çağırıb: "Bu cür uşaqların dərsə getməsi həm özünün vəziyyətinin ağırlaşmasına, həm də digər uşaqların yoluxmasına səbəb ola bilər".
Qeyd edək ki, Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir.
Xəbəri paylaş
4588 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-02-2019 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycanda qrip virusu ilə bağlı vəziyyət sabitləşib".
Xəbəraz.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda adi qrip virusu yayılıb və insanların vahiməyə düşməsinə heç bir əsas yoxdur: "Ölkədə bu günə qədər qripdən ölüm faktı qeydə alınmayıb. İndiki qrip virusu aparılan müalicə tədbirlərinə tabe olur. Doğrudur, qrip virusu əleyhinə effektiv müalicə vasitəsi yoxdur. Amma, hər halda, həkim məsləhəti altında müalicənin aparılması müsbət nəticə verir. Xəstəlikdən insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Yüngül formada keçən xəstəlik ev şəraitində, ağır formada olan isə xəstəxana şəraitində müalicə olunmalıdır".
Qeyd edək ki, Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir.
Xəbəri paylaş
Digər xəbərlər
30-10-2015, 13:19
DİN sevdiyi qızı küçədə öldürən oğlanla bağlı məlumat yaydı
15-09-2016, 17:15
“15 sentyabr qondarma “Böyük Ermənistan” ideologiyasının iflasa uğradığı gündür”-Aqil Acalov
10-03-2021, 22:18
Türkiyə prezidenti ilə razılığa gəlmişik - Putin
31-05-2023, 14:10
Deputat Milli Məclisdə ağcaqanadlardan danışdı - "İtləri də Çinə sataq"
17-10-2016, 10:56
"Serj Sərkisyanın canı bir şey deyil..."
30-04-2016, 20:12
Xəzərdə qayıq aşdı – balıqçı batdı
24-04-2016, 17:38
“Torpaqlarımız ermənilərin qanı tökülməklə azad olunacaq...” - Nazirlikdən xəbərdarlıq
24-10-2015, 23:48
Lisenziyanı daha MTN yox, “ASAN Xidmət” verəcək
22-04-2017, 20:14
Rus gözəl Bodrumda - Fotolar