Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə 21 yaşlı qızı iki dəfə qaçırdılar: Anasının yanında döyüb, nömrəsiz maşınla aparıblar - İDDİA
Tarix: 24-06-2022 | Saat: 14:55
Bölmə:Karusel / Hadisə | çapa göndər


Tərtərdə 21 yaşlı qız qaçırılıb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddia edilir ki, 21 yaşlı qız naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırılıb.

Qızın anasının yanında döyülərək qaçırıldığı iddia olunur. Məlumatda qeyd edilir ki, sözügedən qız daha əvvəl də - 31 may 2022-ci il tarixində razılığı olmadan Ağdaşda oxuduğu kollecin qarşısından qaçırılıb, lakin ailə tərəfindən öz evinə qaytarılıb.

Hadisə növbəti dəfə ötən gün saat 12 radələrində təkrarlanıb. İddiaya görə, dörd nəfər nömrəsiz avtomobil ilə qızı anasının yanından yenidən qaçırıb. Ailənin hadisə ilə bağlı Tərtər rayon hüquq-mühafizə orqanlarına məlumat verdiyi, eləcə də Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət belə etdiyi qeyd edilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı açıqlamasında bildirib ki, bu barədə iyunun 23-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Xəbəri paylaş

4178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___