"Formula 1"in yollarından ilk pilot keçdi - Bakıda
Tarix: 29-05-2016 | Saat: 18:33
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi üçün nəzərdə tutulan trassdan ilk olaraq keçən pilot 19 yaşlı azərbaycanlı Gülhüseyn Abdullayev olub.
ANS-in məlumatına görə, Gülhüseyn Abdullayev "Euroformula Open"də çıxış edir və o bu gün səhər saatlarında Bakının mərkəzi küçələrində salınan trassdan yarış avtomobili ilə keçib.
Gənc pilot Bakıdakı trassın xüsusiyyətlərindən danışıb. “Bakı Şəhər Halqası həm yavaş, həm də sürətli döngələrin kombinasiyasından ibarətdir. Ümumiyyətlə çox gözəl qurulub. Digər şəhər treklərindən fərqli olaraq genişliyi də yetəri qədərdir.
Qoşa Qala qapısı ətrafındakı 8-10-cu döngələr mənə çox maraqlı gəldi. İnanıram ki, orada yarış zamanı çox maraqlı məqamlar olacaq. Əslində həmin döngələrin olduğu hissə çox da asan deyil. Halhazırda trek boşdu deyə bir az asan idi, lakin öndə avtomobillər və ya yavaş sürücü olanda və yaxud da qəza şəraiti olanda oradan keçmək çətin olacaq."
"Treki çox bəyəndim. İcazə versəydilər daha çox sürmək istəyərdim. Bütövlüklə Bakı Şəhər Halqası digər şəhər trekləri ilə müqayisədə onlardan heç də geridə qalmır. Hətta onların çoxundan daha yaxşıdır. İnanıram ki, bütün Formula 1 pilotları bu yarışı səbrsizliklə gözləyirlər və buradan razılıqla ayrılacaqlar.
Avropa Qran Prisində kimin qalib gələcəyini indidən demək hələ ki, çox çətindir. Çünki bütün pilotlar üçün bura yeni trekdir. Məhz buna görə də burada yarış maraqlı olacaq.
Bakıda sürmək tamamilə fərqli bir hissdir. Uşaqlığımdan arzum idi ki, Azərbaycanda trek olsun, şəhər treki və yaxud daimi trek, orada sürüm. Bu gün uşaqlıq arzum gerçəkləşdi. Ona görə də çox xoşbəxtəm.”
Pilot Avropa Qran Prisinin ən marağlı hissəsinin Qala divarları istiqamətində Qoşa Qala qapılarınadək olacağında əmindir. "Mənim üçün bu yol asan idi, mən trassda tək idim. Amma yarış zamanı qabaqda digər maşın olsa və ya qəza baş versə, buradan keçmək elə də asan olmayacaq" - deyə azərbaycanlı pilot bildirib.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

22-10-2020, 12:34
"Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb" - Prezident
16-06-2020, 10:49
İyunun 18-19-da növbəti buraxılış imtahanları keçiriləcək
28-11-2016, 00:05
İsrail Prezidenti FHN-ə təşəkkür etdi
12-03-2019, 15:01
Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı - “On yerdən yamağı var, kostyumumda 13 manatdır”
30-04-2017, 23:29
Bakıda lift qırıldı, bəy toy günündə öldü -VIDEO
11-02-2017, 19:33
Stressin səbəb olduğu 10 xəstəlik
15-02-2016, 12:03
İlhamə Quliyevanın keçmiş köməkçisi ev dustağı olmaq istəyir
15-06-2015, 20:37
Mehriban Əliyeva Stadnikə qızıl medalı şəxsən təqdim etdi (FOTO)
3-11-2015, 14:54
Azərbaycanda falçılıq rəsmən qadağan edilir
25-12-2016, 09:59
Rusiya təyyarəsi radarlardan itdi - 91 nəfərlə