Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev idmançılara mənzil bağışladı
Tarix: 23-12-2015 | Saat: 17:35
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev idmançılara mənzil bağışladı

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub

İdman ictimaiyyəti ilə bu gün keçirilən görüşdə Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Oqtay Abdullayevə, Nizami Babayevə, Balahəsən Eynullayevə, Tofiq Əliyevə, Faiq Həsənova, Oqtay Məmmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim edib.

Respublikada idmanın inkişafında xidmətlərinə görə Kamal Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənəd təqdim olunub.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nizami Məmmədov, İlkin Səfərov, Eldar Məmmədov, Qadir Babayev Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif edilibər.

Bundan başqa prezident İlham Əliyev 2015-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___