Azərbaycanda hər 1000 kişiyə 1009 qadın düşür - Statistika
Tarix: 20-03-2015 | Saat: 22:32
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər
Bu ilin ilk ayı ərzində Azərbaycan əhalisinin sayı 9 min nəfər və ya 0,1 faiz artıb.
Xeberaz.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda bildirilir.
2015-ci il fevralın 1-nə olan məlumata əsasən, əhalinin sayı 9 602,0 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.
Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.
Bu ilin yanvar ayı ərzində 13,9 min körpə dünyaya göz açıb. Hər 1000 nəfər hesabı ilə bu göstərici 17,3-dür. Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizini qızlar təşkil edib.
Bu il yanvar ayında ölkədə 5 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9-dan 6,2-yə enib.
Xəbəri paylaş
8438 dəfə oxunub.
Digər xəbərlər

28-06-2022, 14:03
20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə məhv edilir - VİDEO
30-11-2021, 10:14
Bakıda DƏHŞƏTLİ QƏTL: Arvadını doğrayıb həyətə atdı
3-06-2016, 14:53
Kreml: “Bakı görüşünə hazırlaşırıq”
26-05-2017, 19:57
Sağlam qidalanmanın 9 QAYDASI: Oruc tutanlar, ƏMƏL EDİN
20-07-2016, 14:24
“Ronaldonun kəpənəyi” internetdə necə məşhurlaşdı? - FOTOLAR
16-05-2016, 18:41
ABŞ indi də Şərqdə təlimlərə başlayır
20-05-2021, 15:38
Rövşən Rzayevin milyonları udan “müasir tikintilər”i – “Qaçqınkom”un şübhəli tenderi
14-04-2016, 20:15
Aprelin 2-də ilk hücum edən erməni tərəfi olub
1-03-2018, 12:19
İtkin alpinistlərin axtarışlarına yeni qrup qoşulmayıb