Hüquq müdafiəçiləri Kəlbəcər girovları ilə görüşüb
Tarix: 23-12-2015 | Saat: 16:16
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Helsinki təşəbbüsü-92” təşkilatının erməni hüquq müdafiəçiləri Karen Oqandcanyan və Svetlana Canqiryan Şuşada həbsxanada saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Bu barədə Azvision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən təşkilatın əsas məqsədi azərbaycanlı girovların saxlanılma şəraiti və onların səhhəti ilə maraqlanmaq olub.
Erməni hüquq müdafiəçiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə uzunmüddətli söhbət aparıblar.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Xəbəri paylaş
5738 dəfə oxunub.
Digər xəbərlər

12-06-2017, 19:28
Artur Rasizadə Estoniya xarici işlər nazirini qəbul edib
19-07-2017, 14:08
Sabah da 42 dərəcə isti gözlənilir
20-06-2015, 00:22
Mübarək Ramazan ayının 3-cü gününün duası
19-05-2015, 13:38
Baş prokuror: "Bakıda binada baş verən yanğında 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb" YENİLƏNİR
29-04-2016, 21:08
Bakı küçələrində gəzən ayı belə tutuldu - VİDEO
18-12-2016, 11:38
Yeganə: "Ərimlə böyük davamız oldu"
17-04-2016, 14:16
Türkiyədə Qənirə Paşayevanı mükafatlandırdılar
3-05-2016, 15:29
Özü-özünü maliyyələşdirən rayon
10-10-2016, 20:20
Salyanda su arxında hərbi sursat tapıldı - Foto