Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Özü-özünü maliyyələşdirən rayon
Tarix: 03-05-2016 | Saat: 15:29
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Özü-özünü maliyyələşdirən rayon
“Ədalət” qəzeti Azərbaycanda özünü maliyyələşdirən yeganə rayon İmişli haqda yazı dərc edib. "Xəbəraz.az "həmin yazını təqdim edir:

Coğrafi baxımdan Azərbaycanın bərəkətli torpaqlarından birində yerləşən İmişli rayonu Azərbaycan müstəqillik əldə etdikdən sonra öz imkanlarını yeni dövrün tələblərinə uyğun qurmağa başladı. Belə ki, bütünlüklə kənd təsərrüfatı rayonu kimi mövcud olan və bütün təsərrüfat subyektləri də məhz bu istiqamətdə fəaliyyət göstərən İmişli rayonu artıq həm də sənaye sektorunun inkişafı ilə diqqəti çəkməyə başladı. Necə deyərlər, kənd təsərrüfatı ilə sənaye bu rayonda qoşa addımlamağa, çiyin-çiyinə dayanmağa başladı. Üstəlik də bu qoşalıq özü ilə bahəm həm də rayonda sahibkarlığı, biznesi, yeni iş yerlərinin açılması və maddi durumun yaxşılaşdırılması üçün axtarışlar meydanı gətirdi. Hər kəs əvvəlki kimi bir istiqamtə, yəni kənd təsərrüfatına deyil, həm də sənayeyə, həm də biznesə maraq gböstərməyə, qurub-yaratmağa kökləndi.

Təbii ki, bütün bunların kökündə Azərbaycan insanına verilən dövlət dəstəyi xüsusilə hər birimizin prezidenti olan cənab İlham Əliyevin diqqət və qayğısı oldu.

Bu gün İmişli rayounun iqtisadi inkişafını nəzərdən keçirəndə bu bölgənin regionların inkişafına dair dövlət proqramında öz yerini mükəmməl bir şəkildə ifadə etdiyini və əldə olunun nəticələrin də məhz həmin proqramdan qaynaqlandığı bəlli olur. birmənalı şəkildə etiraf etmək lazımdır ki, bu gün biznes və sənaye bölgəsinə çevrilən, üstəlik də hər gün yeniləşən, abadlaşan İmişlidə təkcə zahiri görkəm deyil, həm də insanların özünün Azərbaycana, bütöv dünyaya baxışı yeniləşir, təzələnir. Yəni İmişli sakinləri dünyanın inkişaf tempinə, dünya adamının dünyaya baxışına özünün yaradıcı baxışını da, yaradıcı yanaşmasını da əlavə edərək həm yaşadığı bölgəni, həm də öz həyatını yeniləşdirib daha da maraqlı edir.

Bütün bunlar ayrı-ayrı sahələr üzrə nəzərdən keçiriləndə onda məlum olur ki, bu gün İmişlidə köklü dəyişikliklərin baş verməsi həm ölkə prezidentinin diqqət və qayğısının, həm də rayon rəhbərliyinin işgüzarlığının, peşəkarlığının bəhrəsidi. Elə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin 2016-cü ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsində də məlum olur ki, ötən il qazanılan bütün uğurların nəticəsində rayonun sosial-iqtisadi durumu xeyli yüksəlmişdi. Mətbuata açıqlama verən icra hakimiyyətinin başçısı Hacıyev bildirmişdi ki, 2014-cü ildən başlayaraq İmişli rayonu öz xərclərini birmənalı şəkildə özü ödəyir və artıq bu rayon dövlət datasiyasından asılı deyildi.

Bəli, Muğan düzündə yerləşən, həmçinin Araz çayının pıçıltılarını nəğmələrə çevirməyi bacaran İmişli sakinləri indi fəxrlə deyə bilərlər ki, onların yaşadığı şəhərdə və bölgədə böyük iqtisadi uğurlara imza atılıb. Belə ki, görülmüş qətiyyətli və ciddi tədbirlər nəticəsində İmişlidə inkişafın özəl moldeli yaradılıb. Və indi bu cənub regionu öz modeli ilə digər bölgələrə nümunə olmağa başlayıbdı. Yəni özü-özünü təmin edən, özü-öz xərclərini öldəyən İmişli rayonu birinci rüb ərzində aparılan abadlıq işlərinin miqyasına görə də diqqəti cəlb edib və bu gün də həmin təmir-abadlıq işləri davam etdirilir. Təbii ki, görülən işlərin ümumi mənzərəsi ondan xəbər verir ki, rayon icra hakimiyyəti, onun başçısı və komandası fəaliyyət üçün konkret proqram müəyyənləşdirmiş və həmin proqram əsasında da köklü işlər görməyə müvəffəq ola bilmişdi.

Yol tikintisi sahəsində uzun illər mövcud olan problem bu gün demək olar ki, ortadan qaldırılmış, İmişli-Bəhrəmtəpə yolu, eləcə də İmişli-Mirili-Qaravəlli avtomobil yolu təmir edilib istifadəyə verilmişdi. Burada rayona yolu düşənlərin həmişə narahatlıqla gileyləndiyi bir məqamı da diqqətə çəkmək lazımdı. Yəni İmişli rayonunun giriş və çıxış yollarındakı bərbadlıq uzun müddət mətbuatın da tənqid ünvanı olmuşdu. Bu gün isə həmin problem demək olar ki, yoxdur. Bu işlərlə birlikdə rayon ərazisindən keçən dövlət əhəmiyyətli magistralın, yəni Hacıqabul-Bəhrəmtəpə yolunun 40 km-lik hissəsi İmişli ərazisindən keçi rvə burada artıq hələ ötən ildən təmir işləri yüksək səviyyədə başa çatdırılıb. Eləcə də rayonun biri neçə böyük kəndini birləşdirən yollar təmir olunmuş, müəyyən hissələrə asfalt-beton salınmış və bununla da yollardan istifadənin effektivliyi daha da artırılmışdır. Yolların təmir və bərpası, yenidən çəkilməsi işi bu gün də uğurla davam etdirilir.

Çünki yol mədəniyyətin göstəricisidir və imişlilər artıq uzun zaman həmin o yol problemlərini yaşadıqlarından bu gün yol tikintisinə daha canıyananlıqla yanaşaraq onun keyfiyyətli və uzunömürlü olmasına çalışırlar. Yolla bağlı görülən işlərdə respublika müətəxəssisləri ilə yanaşı, eləcə də İmişli rayonunun mütəxəssisləri əlbir işləyir və bu da həm işin keyfiyyətinə, həm də nəticənin daha yüksək olmasına öz təsirini göstərir. Yəni qarşılıqlı təcrübə iş əmsalı ilə yanaşı, işin keyfiyyətinə də öz təsirini göstərir. Bu gün İmişli rayonunda yollda bağlı görülən işlər arasında şəhərin M.Müşfiq və Q.İsmayılzadə küçələrinə asfalt örtüyün salınması, şəhər ərazisinə, yəni şəhərin giriş-çıxışına aid olan hissələrdə asfaltlanmanını aparılması, eləcə də İmişli dolama yolunun 8 km-nə asfalt betonun qoyulması bütövlükdə şəhərin giriş-çıxışında 7 km sahənin tam təmiri birinci rübdə görülən işlərin çox az bir hissəsidir. Təbii ki, təkcə magistralların, kənd və şəhərarası yolların deyil, həm də küçə və səkilərin də yenidən qurulması, onların abadlaşdırılması işi də İmişli şəhərində xüsusilə diqqət mərkəzində dayanır. Əgər bu rayona, daha doğrusu, İmişli şəhərinç yolunuz düşsə, siz də abadlığın canlı şahidinə çevriləcəksiniz. Üzlük daşlarından, tametlərdən və digər tikinti materiallarından istifadə edən imişlilər səkiləri, meydanları daha diqqətçəkən və səliqəli duruma gətirirlər.

Xüsusilə kanalizasiya və yağış sularının axıdılması üçün xüsusi xüsusi novların çəkilməsi burada diqqət mərkəzində olan işlərdən biridi. Rayon mərkəzində müasir bir mənzərənin yaradılması, yəni salınan park və istirahət zolaqlarının həm dizaynı, həm də buradakı qurğbuların, yaşıllıqların yetərincə olması zövq oxşayır. Əkilən ağaclapr və gül kolları həmin parklara və istirahət guşələrinə sanki əlavə bir gözəllik bəxş edir.


Xəbəri paylaş

5748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___