Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fuad Qəhrəmanlının həyat yoldaşı üzr istədi
Tarix: 25-09-2019 | Saat: 13:17
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər

Fuad Qəhrəmanlının həyat yoldaşıüzr istədi
Bu günlərdə ailəsində baş verən zorakılıq hadisəsiylə gündəmə gələn yazar, AXCP sədrinin istefa vermiş müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur qızlarından üzr istəyib.
"Xeberaz.Az" xəbər verir ki, Z. Yağmur feysbuk səhifəsində bildirib ki,  o da eyni şəkildə əzab çəkib:
“Amma qızlarımdan üzr istəyirəm. Onları ədalət deyib ədalətsizlik edən insanların onlara yüklədiyi qəzəbdən, saxtakar insanlardan, doğma hesab olunan adamdan, özümün gücsüzlüyümdən qoruya bilmədim. Üzr istəyirəm. Təkcə öz qızlarımdan deyil. Bu ölkədə yüzlərlə Selcan, Sənay kimi şiddətə məruz qalıb bax elə bu anda gözünün yaşını töküb əlinin dalıyla burnunun suyunu silən, gecələr atasının bağırtılarından yatmağa qorxan, kaş öləydim deyib hələ tam dərk etmədiyi Allahdan yardım istəyən uşaqlardan üzr istəyirəm. Yazar olaraq “atadır döyər” düşüncəsini daşıyan minlərlə atanın bu qorxunc düşüncəsini dəyişə,“qadındı da əri döyər də, sevər də” deyib məhv edilən həyatına rəğmən, guya xoşbəxtlik oyunu oynayıb qızıl teşdə qan qusan qadınları qoruya bilmədiyim üçün üzr istəyirəm.
Bir də özümdən üzr istəyirəm. İllərdir özümü ədalətinə inandıqlarımın ədalətsizliyində əzdirdiyim üçün. Üzr istəyirəm və bu, məni kiçiltmir”.



Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___