Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qriqoriu: “Bu, əsl təcavüzdür”
Tarix: 04-05-2016 | Saat: 22:50
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Qriqoriu: “Bu, əsl təcavüzdür”


Bakı Slavyan Universitetində (BSU) “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans çərçivəsində Moldova İctimai Palatasının sədri, sabiq ombudsman Aureliya Qriqoriu mayın 4-də BSU-nun müəllim və tələbələri ilə görüşüb.

Universitetdən AzərTac-a bildiriblər ki, tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində gənclərlə bu cür görüşlərin keçirilməsinin elm və təhsil sahəsində əhəmiyyət daşıdığını bildirib. Moldova Respublikasının Ombudsmanı olduğu 2008-2015-ci illərdə A.Qriqoriunun obyektiv və ədalətli fikirləri ilə tanındığını deyən A.Hacıyev qonağın separatçı Ermənistanın işğalçı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında da böyük səy göstərdiyini vurğulayıb.

Bakıya gəlişindən məmnunluğunu bildirən A.Qriqoriu Azərbaycanın dövlət siyasətində multikulturalizmin aparıcı yer aldığı qabaqcıl ölkələrdən olduğunu vurğulayıb.

Qonaq 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransdakı çıxışı barədə danışıb. Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalı soyqırımını törətməkdə günahlandırdığını bildirib: “Konfransda Ermənistan parlamentinin üzvləri qarşısında bəyan etdim ki, bu ölkənin 25 ildən çoxdur Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması əsl təcavüzdür və bu hərəkətlər beynəlxalq hüquqa ziddir. Beynəlxalq tədbirdə olmağıma baxmayaraq işğalçı ölkədə anlaşılmaz, aqressiv münasibətlə qarşılandım. Ermənilər tərəfindən müxtəlif təzyiq və təhdidlərə məruz qaldım. Mənim həyatım təhlükə qarşısında idi, ölümlə hədələnirdim. Başqa ölkələrdən olan nümayəndələrin köməyi ilə Ermənistanı tərk edə bildim”.

Moldovalı qonaq Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunmasını arzulayıb, iştirak etdiyi Beynəlxalq Elmi Konfransın yüksək səviyyədə təşkili üçün BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda A.Qriqoriu sualları cavablandırıb, universitetin kollektivinə uğurlar arzulayıb.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___