Nizami Cəfərov: “Oğlana Zəhra adı qoyan cəzalandırılmalıdır” - POLEMİK
Tarix: 17-11-2015 | Saat: 17:05
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan, oğlana isə qız adı qoyulub.
Ədliyyə Nazirliyinin mətbuata açıqlanan statistikasına görə, 7 oğlana Aygün, 4 qıza Səxavət, 3 qıza Ədalət, 25 qıza Nurlan, 4 qıza Rövşən, 23 qıza Hüseyn, eyni zamanda, daha 23 qıza Məhəmməd, 86 oğlana Zəhra adı verilib.
Kulis bu məsələsi ilə bağlı AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun fikirlərini öyrənib. O, bildirib ki, valideyn istədiyi adı təklif edə bilər, ancaq VVAQ idarələrinin ixtiyarı yoxdur ki, o adları təsdiq eləsin və şəhadətnamə versin. Əgər kimsə buna yol veribsə, təbii ki, cəzalandırılmalıdır. VVAQ idarələrinə siyahılar verilib, o siyahılara əsasən oğlanlara oğlan. Qızlara qız adı verilməlidir. Düzdür, Arzu, İsmət kimi ortaq adlar da var. amma əsasən bizdə adlar cinsinə görə fərqlənir. Qız Məhəmməd, oğlana Zəhra adı verilə bilməz.
“Bu cür məsələlər qanunla necə tənzimlənə bilər?” – sualına cavab verən N.Cəfərov bunları söyləyib: “Elə şeylər var ki, ona adət qanunu deyirlər. Qanunvericilikdə ümumi tövsiyə olunur, ancaq xüsusi qanunla tənzimlənmir. Məsələn, yasda gülmək, toyda ağlamaq... Olmaz axı. Bu bir adətdir. Bunun üçün qanun lazım deyil ki. VVAQ idarələrini verilən siyahı bu məsələni tam təsbit edir”.
Sözünün sonunda bəzi adların az və ya çox qoyulması ilə bağlı nöqsanlara toxunan millət vəkili bildirib ki, buna qanunla heç bir qadağa yoxdur, sadəcə bu barədə düşünmək lazımdır ki, eyni adlar ifrat dərəcədə kütləviləşməsin.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

13-03-2023, 12:49
İcra başçısının intihar etmiş köməkçisinin atası danışdı: Mağazadan bazarlıq edib, sonra...
11-04-2015, 14:52
Elvin mətbəxdən bıçaq götürərək Anasının kürəyinə iki zərbə endirib.
5-12-2017, 16:56
Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər - YENİLƏNİB
14-05-2021, 23:58
Suriyadan İsrailə raketlər atıldı
7-01-2016, 23:00
Yaxşı CV hazırlamaq üçün nə etməli?
5-08-2022, 16:51
Hansı yumurta daha faydalıdır - qəhvəyi yoxsa ağ?
27-02-2016, 12:37
Azərbaycanda “Viaqra”nın qiymətləri dəyişdirildi
18-04-2015, 02:06
“Üzeyir Hacıbəyovu hər gün dinləyirəm” Murat Yıldırım+Fotolar
27-02-2022, 12:09
Ukraynada DƏHŞƏTLİ meyit mənzərəsi, morqlar ağzına qədər dolub...
2-03-2018, 12:20
Bakı və Sumqayıtda satış yarmarkaları təşkil olunacaq - SİYAHI