Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı və Sumqayıtda satış yarmarkaları təşkil olunacaq - SİYAHI
Tarix: 02-03-2018 | Saat: 12:20
Bölmə:Karusel / Gündəm | çapa göndər



Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart 2018-ci il tarixlərində  fasiləsiz olaraq  4 gün kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunacaq.
 
Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:
 
Bakı şəhəri üzrə:
 
Xətai rayonu:
-Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı
 
Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;
 
Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
 
Suraxanı rayonu:
 -Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
 
Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
 
 
Sumqayıt şəhəri üzrə (2 yerdə):
 
 
- 12-ci mikrorayon
 
- Köhnə avtovağzalın yanı
 
 
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcək.
 
Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
10-03-2017, 19:13 FİFA-dan şok qərar

bütün xəbərlər
____ Instagram ___