Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəsib Məhəməliyevin keçmişi ilə bağlı ilginc iddialar
Tarix: 12-10-2015 | Saat: 12:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Nəsib Məhəməliyevin keçmişi ilə bağlı ilginc iddialar
Ermənilərlə neft alveri, silahlı üsyan və…

Bir qrup Balakən ziyalıları növbəti dəfə cumhuriyyət. az-a məktub göndərərək dərc edilməsini xahiş edirlər.

Nəsib Məhəməliyevin keçmişi ilə bağlı faktları əks etdirən məktubda bildirilir ki, qohumlarının dediyinə görə, N.Məhəməliyev 2000 ci-ildə nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə Balakən rayon icra hakimiyyətinin başçısı təyin olunub və o Ziya Məmmədovun regiondakı sağ əli olub.

Ötən saylarımızdakı yazılarda bildirmişdik ki, Nəsib Məhəməliyev dəmir yol vağzalında işləyərkən neft çənlərindən oğurladığı neft və neft məhsullarını Gürcüstana ötürürdü. Lakin bu ötürmələrin kimin, yaxud kimlərin vasitəsi ilə həyata keçirildiyi haqda heç bir açıqlama verilməyib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məktubda deyilir:

“Nəsib Məhəməliyevin qardaşı Yusif Məhəməliyev, bütün balakənlilərə məlum idi ki, o neft, spirt, un və başqa malların kantrabandası ilə məşğul idi. Gürcüstan respublikasının Laqodexi rayonu Balakənlə vur-tut təqribən 10-12 km məsafədə yerləşir. Cəbhə hakimiyyəti dövründə keçmiş icra başçısı olmuş Osman Qunduzovun köməyi ilə Yusif Məhəməliyev, şəxsi yanacaq doldurma məntəqəsi açır. Yusif Məhəməliyev daha da çox pul qazanmaq məqsədi ilə rayona limitdən artıq yanacaq gətizdirir və Laqodexidə yaşayan erməni mənşəlilərlə işgüzar fəaliyyətə başlayır. Nəsib və Yusif Məhəməliyev qardaşlarının neft kantrabandası daha da geniş vüsət alır. 1995-ci –ilin həmin dövrlər üzrə Balakən hərbi komissarlığının verdiyi məlumata görə, Balakən rayonu üzrə 111-nəfər Qarabağ döyüşlərində şəhid olmuşdur. Onların xeyli hissəsi rayon mərkəzindəki şəhidlər xiyabanında dəfn olunmuşdur”.

109-saylı Balakən seçki dairəsindən öz namizədliyini irəli sürən Nəsib Məhəməliyev, özünün və Balakəndə neft kantrabandası ilə məşğul olan qardaşı Yusif Məhəməliyevin, Qarabağ müharibəsi getdiyi zaman, cavan-cavan nişanlı oğullarımızın cənazələrini böyük izdihamla qəbul etdiyimiz bir vaxtlar, bu qardaşların Laqodexidəki ermənilərin vasitəsi ilə erməni texnikasını yanacaqla təmin etməsi və əvəzində şəhidlərin gəlməsi prosesi, heç kimin yadından çıxmayıb. İndi Nəsib Məhəməliyev, şəhid ailələrinin gözünə necə baxacaq? Onlardan hansı mənəvi haqla səs istəyəcəksiniz? O cavanlar ona görə şəhid olmuşdular ki, sizlər sabah hakimiyyətə gələrək, yığdığınız çirkli, haram pullarla balakənlilərin başına oyun açasınız? Bir məmurun, yaxud ziyalının öz xalqının qarşısında diz çökməsi, üzr istəməsi onun vicdanlı birisi olmasını göstərir. Buna isə cəsarət və qətiyyət lazımdır.

Balakən sakinləri adından ünvanlanan məktubda deyilir:

“Şəxsən biz Balakən ziyalıları buna inanmırıq. Çünki ömür boyu yetim malı yeməkdən boynu yoğunlamış birisi bunu edə bilməz. Çünki o xalqa yuxarıdan aşağı baxır. Siz YAP-çılara qarşı represiyalara başladınız. Kimini YAP-dan çıxartdın, kimini ləkələyərək YAP-dan çıxaracağınla hədələdin və ərizə yazmağa məcbur etdin. İndi isə şəhərdə kimləri aldada bilib, YAP-ın inamlı adamına çevrilə bilmisən? Haqq nazilər, ancaq üzülməz deyiblər. Narahat olma, sənin də iç üzünü açan tapılacaq. Siz qardaşlar neft kantrabandasından əldə etdiyiniz çirkli pullarla o qədər harınlamışdınız ki, qardaşın cənab prezidentin yerdəki nümayəndəliyini (icra hakimiyyətinin binasını) qanunsuz gəzdirdiyi silahla atəşə tutmuşdu. Qardaşın Yusifin adı daha haralardan gəlmədi? 22-29 noyabr 2000-ci il tarixli 18 nömrəli “Veteran” qəzetinin buraxılışında, qardaşın Yusif prezidentimizə sui-qəsd təşkil etmək istəyən, Elçin Əmiraslanovu və onun dəstəsini özünə məxsus Niva markalı avtomobilində rayona gətirməsi və sığınacaq təşkil etməsində hallanır. Bu məsələ ilə əlaqədar onun banditizm-terrorizm idarəsində 7-gün saxlanması barədə qəzet məlumat vermişdir.



3328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___