Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident sərhəd rayonların başçılarını niyə “təmizləyir”? - “Bütün dosyelər İlham Əliyevə şəxsən təqdim edilir”
Tarix: 07-06-2018 | Saat: 21:31
Bölmə:M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq | çapa göndər



Millət vəkili Zahir Oruc prezident İlham Əliyev icra orqanlarında başladığı "təmizləmə işləri”ni şərh edib.

Deputat açıqlamasında bildirib ki, bu, prezident seçkilərindən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamıdır. Z. Orucun sözlərinə görə, ölkə başçısı qarşıya mühüm strateji vəzifələr qoyub: "Biz onları ambisiyalı proqramlar adlandıra bilərik. Yəni yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət maksimum şəffaf işləməyə çalışmalıdır. Əhali üçün əlçatan olmalıdır. Çevik qərarlar qəbul etməlidir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdır. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir
Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”. 
 


Z. Oruc bölgələrdə müşahidə olunan problemləri də sadalayıb:"Xatırlayırsınızsa, cənab prezident bölgələrdə keçirdiyi müşavirələrdə demişdi ki, "biz icra orqanlarının işinə cəlb olunan investisiyaların miqdarına, açılan iş yerlərinə, yaradılan ümumddaxili məhsula və s. görə qiymət verəcəyik”. Əgər biz bu gün təhlillər aparsaq görəcəyik ki, Bakı hələ də yüklənməkdə davam edir. Düzdür, bu prosesin intensivliyi xeyli səngiyib, bölgələrdən paytaxta axının sürəti azalıb. Amma hər il məktəbi bitirən 100 mindən artıq məzun Bakının əmək və mənzil bazarına daxil olur və burada gərginliyi artırırlar. 

Məsələnin ikinci tərəfi isə odur ki, bu, bölgələrdə boşluq yaranmasına, təsərrüfat ənənərinin məhv olmasına aparıb çıxardır. Orada istədiyin infrastrukturu qurmağa imkan vermir. Rayonda əgər daxili miqrasiya baş verirsə, o halda orada həyata keçirmək istədiyin layihələr əvvəlki qədər effektiv olmur. Bundan da orada yaşayan digər əhali qrupu ziyan çəkir. Həmçinin torpaq becərilmir. Orda da bizim itkilərimiz daxili məhsuldarlıq baxımından olur”. 
 
ÐаÑÑинки по запÑоÑÑ bakı Éhalisi

Xüsusən sərhəd bölgələrinin icra başçılarının dəyişdirilməsinə diqqət çəkən deputat, xüsusən bu rayonlardan Bakıya əhali axınının qarşısının alınmalı olduğunu deyib:"Son qərarlarda gördük ki, prezidentin icra başçısını çıxardığı rayonlar ermənilərlə təmas xəttində yerləşir: Gədəbəy, Ağdam, Tovuz bilavasitə ermənilərlə təmas xəttidir. 

Bakıya axın məsələsini yenidən xatırladaraq deyirəm ki, əgər hər hansı mülki vətəndaş öz evini, ocağını tərk edirsə, bu, ön cəbhədə dayanan əsgərin mənəvi-psixoloji halına təsir edir. Biz çalışmalıyıq ki, iqtisadi şərtlər, ipotekalar, vergi güzəştləri və s. ilə bölgələrdə aktivliyi bərqərar edək. Bu aktivlik təkcə Bakıdakı yükü azaltmaq baxımından deyil, Bakı ilə bölgələr arasındakı proporsional inkişafı təmin edəcək və axının da qabağı alınacaq”.

Zahid Oruc icra başçısı təyin olunan şəxslərin yeni dövrün tələblərinə cavab verdiyini deyib:"Həm informasiya-kommunikasiya sistemlərini yaxşı bilən, müasir iqtisadi proseslərdən baş çıxaran, onları öz rayonu, əhalisi üçün tətbiq edən, iş adamlarına rayonun qapısını açmağı bacaran adamlar bu təyinatlarda yer almaqdadırlar”. 
 


Deputat qeyd edib ki, prezident İlham Əliyev istənilən dövlət məmurunun işi ilə bağlı ətraflı məlumata malikdir: "İstənilən icra orqanı nümayəndəsinin, hökumət təmsilçisinin fəaliyyəti ilə bağlı ən mühüm məlumatlar - onların iş əmsalı, bölgədəki atmosfer, vətəndaşlarla münasibətlər və s. kimi parametrlərin hər biri məhz dövlətin birinci şəxsi kimi İlham Əliyevə məlumdur. O dosyelər ən müxtəlif mənbələrdən təqdim olunur. Yeri gəlmişkən, Prezident Administrasiyası siyasi mərkəz kimi müxtəlif sahələr üzrə ən mükəmməl təhlilləri, məlumatların qruplaşdırılmasını və real mənzərəni təqdim eləmək qabiliyyətinə malikdir. Ona görə də bu halda verilən qərarın "köhnələr yarıtmırdılar” şəklində çıxarılmasının əleyhinəyəm. Müəyyən dövr var, hər kəs özünün fəaliyyətini o zaman arealında gerçəkləşdirə bilir, amma ictimai münasibətlər dəyişir, dövlət-vətəndaş əlaqələri üzrə yeni meyarlar ortaya çıxır, texnologiya-kommunikasıya yenilənir. Ona görə də düşünürəm ki, prezidentin komandasında apardığı yenilənmə işinin mahiyyətini düzgün qiymətləndirməliyik. Ölkə rəhbəri istəyir ki, Azərbaycanın gücü regionda və beynəlxalq aləmdə düzgün qiymətləndirilsin. Hər bir komanda üzvü məsuliyyətini dərk etsin, insanlar qarşısında hesabatlı olsun, ölkə rəhbəri tərəfindən verilən tapşırıqların icrası düzgün və vaxtında həyata keçirilsin. Regionlarda atmosfer yerində və düzgün olsun. Hər hansı məsələ ilə bağlı vətəndaş yol alıb gəlib məsələni hansısa hökumət, dövlət orqanı qarşısında qaldırmaq məcburiyyətində qalmasın”. 
(bakupost)


Xəbəri paylaş

1 4628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___