Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Emin Ağalarov yeni sevgilisindən danışıb: "Ürəyim başqa xanım ..."
Tarix: 14-07-2016 | Saat: 02:22
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Emin Ağalarov yeni sevgilisindən danışıb: "Ürəyim başqa xanım ..."

"Bəzi pərəstişkarlarım mənim başqa qızdan xoşum gələ bilər faktını qəbul edə bilmirlər".

Məşhur azərbaycanlı müğənni və musiqiçi Emin Ağalarovun "HelloMagazine.com" saytına müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik: -Ofis, iş və qastrol səfərləri.... Bu cür çətin iş qrafiki ilə uşaqlarınıza necə vaxt ayırırsınız? Onları da özünüzlə səfərlərə aparırısınız? -Əlbəttə ki, imkan olanda onları da özümlə birlikdə aparıram. Əli və Mikayılın artıq 7 yaşı var və onlarla harasa getmək daha asanddır. Yeri gəlmişkən, yaxın vaxtlarda biz Leylayla ilk dəfə onları böldük: Əli və Əminə( Leyla Əliyevanın övladlığa götürdüyü uşaq) Londonda Leyla ilə, Mikayıl isə mənimlə 2 həftə Moskvada qaldı. Təcrübə müvəffəqiyyətli başa çatdı. Valideynlər uşaqlarına sevgisini hər zaman hiss etdirməlidir. Mikayıl bütün günü mənimlə işə getdi, tikintidə oldu, restorana, məşqə və ya konsertə birgə yollandıq. O, mənimlə "RU.TV"nin təqdimat mərasiminə də qatıldı. Orada sevdiyi gənc müğənni Sergey Lazarevlə tanış oldu, foto çəkdirdi və Əliyə göndərdi: "Bax, paxıllığın tutsun, mən Lazarevləyəm". -Bəs Əli, nə cavab verdi? -O yazdı: "Mika, narahat olma, anam da məni Ronaldoyla tanış etməyə söz verib!" (Gülür.) -Siz "İnstaqram " profilinizdə uşaqlarınzın şəkillərini tez-tez bölüşürsünüz. Bir gün isə xanımla şəkil yayımlayan kimi dərhal şərhlər başladı... Bu cür sözlər sizi qıcıqlandırmır? - Bilirsiniz, " bu cür sözlərdən yoruldum" deyənlərdən deyiləm. Əgər yoruldumsa, onda getmək üçün həmişə imkanım var. Hesab edirəm ki, ictimaiyyətə açıq, dürüst olmaq bir ayrı qabiliyyətdir. İnsanlar mənim musiqimlə, şəxsi həyatımla maraqlanırlar. Əlbəttə ki, mənfi şərhlər yazılan zaman narahatçılıq keçirdiyim anlar olur. Yəqin, bəzi pərəstişkarlarım o faktı qəbul edə bilmirlər ki, mənim başqa qızdan xoşum gələ bilər(gülür). Həyatımla bağlı heç nəyi gizlətməyi xoşlamıram. Mən bir il öncə boşanma xəbərində də dürüst oldum. Hazırda da müsahibədə mənim şəxsi həyatım haqda soruşacaqlarsa, çəkinmədən cavab verəcəm. -Hazırda şəxsi həyatınızda nə yenilik var? -Mən belə deyəcəm: indi ürəyim başqa xanım tərəfindən zəbt edilib.



Xəbəri paylaş

1 4648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___