Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“3-5 gün də davam edə bilər, üç ay da...” – Qənirə Paşayeva komadan nə vaxt çıxa bilər?
Tarix: 27-09-2023 | Saat: 11:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə millət vəkili Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub və xəstəxanaya yerləşdirirlib. Deputat hazırda komadadır, vəziyyəti stabil-ağır olaraq qalır.

Maraqlıdır, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu hansı hallarda qoyulur? Problem nədən qaynaqlanır?

Mövzu ilə bağlı sfera.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının terapevt kardioloqu Arzu Bəydəmirova hipotonik vəziyyətə gətirən səbəblər barədə danışıb:



"Kamatoz vəziyyət qısamüddətli huşun itirilməsi, arterial təzyiqin aşağı düşməsidir. Bu zaman huşun zədələnməsi, itirilməsi halları baş verə bilər. Bu isə hansısa xroniki və ya dərman zəhərlənmələrindən, kəllə-beyin travmasından yaranan komalardan və digər amillədən qaynaqlana bilər. Yəni ürək, qan-damar sistemi, ağciyər, qaraciyər kimi vacib orqanlarımız üzərinə düşən funksiyanı yerinə yetirə bilmədiyi üçün kamatoz vəziyyət yaranır. Bu vəziyyətin yüngül, orta və ağır olaraq 3 növü var".

Kardioloq bu vəziyyətin nə qədər davam edə biləcəyi barədə də danışıb:

"Əgər böyrəklər fəaliyyət göstərirsə, sidik ifrazı varsa, bu, vəziyyətin stabil olduğuna dəlaət edir. Ümumi statistika göstərir ki, bu diaqnoz insanda 3-5 gün də, 3 ay da davam edə bilər. Bu problemin yaşanması geridönüşün olmayacağı anlamına gəlmir, yəni insanlar sağala da bilir. Belə vəziyyətlərdə "xəstəni mütləq şəkildə itirəcəyik" deyə bir hal yoxdur. Hər şey həyati orqanların müailəcəyə necə cavab verəcəyindən asılıdır".



Xəbəri paylaş

4648 dəfə oxunub.

Digər xəbərlər
24-04-2016, 15:39 Saç niyə hörülür?

bütün xəbərlər
____ Instagram ___