Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Travmatologiya İnstitunda, travmalı idarəçilik"​
Tarix: 25-06-2023 | Saat: 16:05
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Reportaj | çapa göndər

Yaradan yaratdıqlarının alisı rütbəsinə layiq gördüyü insanı, digər canlılardan fərqləndirən cisminin ruh ilə mükafatlandırmasıdır. Başımıza gələn qəzalar cismimizdə qorxunc qəzalarla aldığımız travmalar şiddətli ağrılar yasamamıza səbəbiyyət versə də ruhun ağrısız, fəsadlarından çox-çox asan sağalar. Sagalmasa da belə cisim şəkilini dəyişib, bir haldan, başqa hala dönər və varlığını unutdura. Gəl gör ki, ruhumuzun həm özümüzə, həm də cəmiyyətə yaşatdığı travmalar nə yox olub unudular, nə də, vicdanını rahat buraxar.
Əminəm ki, girişimin bu qədər uzun olması, siz oxucularına ciddi marağa səbəb oldu. Elə isə sizi maraqdan saxlamadan, gələk sözümüzün "mustafasına"
"Xəbəraz.az" İnformasiya Agentliyinin redaksiyasına müraciət edən Babayeva Jalə Ayaz qızı və Mikayılova Lalə Ayaz qızı bacıları 13 ildir Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun Travmatologiya şöbəsində tibb bacısı vəzifəsində çalışırlar. İşlədikləri bu qədər zaman dövründə bir dəfə olsun inzibati tənbeh almamış, əksinə Jalə Mikayılova Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yaxşı işçi kimi tərifləməyə laiq görülüb. Bacılar 13 ildir ki, 2023-cü il tarixindən institutun direktoru vəzifəsində əyləşən Şahin Əkbərovla, Travmatologiya şöbəsinin şöbə müdiri Qələndər Canbaxısovla çiyin-çiyinə çalışırlar və onların xəstələr üçün təyin etdikləri müayinə kursunu yerinə yetiriblər. Nə şöbə müdirindən, nə həkimlərdən barələrində heç bir irad və ya təqdimat rəhbərliyə daxil olmayıb.
Bəs nə baş verdi ki, 2023-cu ilin əvvəlindən direktor vəzifəsini tutan Şahin Ələkbərov "hakimiyyət" başına gəldikdən sonra iki bacı ən pis işçilər kimi bütün institutda "gözümçıxdıya"salındı?
Şahin Ələkbərov vəzifəyə gəldikdən sonra bəhs etdiyimiz şöbəyə dəfələrlə sertifikasiya imtahanına daxil olsa da keçə bilməyən Lamiyə Hüseynovanı böyük tibb bacısı vəzifəsinə gətirir.
Lamiyə gələr-gəlməz öz "gücünü" sərgiləməyə başlayıb. Bəlkə də rəhbərliyin gözünə girmək üçün və ya həqiqətən də ondan tələb olunandan kənara çıxa bilməməsi səbəbilə tabeçiliyində olan tibb bacılarından bir dəfəlik istifadə üçün nəzərdə tutulan iynələri(şprist) bir neçə xəstəyə vurmağı tələb edir. Şöbədə müalicə alan diabet xəstələrinin sayından xeyli az insulin verərək bir neçə xəstəyə vurulmasını tapsırır. Bir sözlə insan həyatı deyil direktorunun marağını qoruyur. O maraq ki, Şahin Əkbərov müxbirimizə bildirib ki, 1milyon dərmana ayrılan vəsaiti 200 minə etdirməklə qənaət edib. Buradan bir haşiyə çıxaraq Şahin Ələkbərova söyləmək istərdik ki, insan sağlamlığı və aclığı üzərindən edilən qənaət, qənaət deyil zillətdir.
Dönək qaldığımız yerə. Lamiyə fələr-gəlməz şöbənin tibb bacılarından 20 AZN toplayaraq, onlara tibbi kitabça acdiracagını bildirib. Ardından təyziqölcən aparat almaq adı ilə hər bir tibb bacısından pullar toplayıb. Lamiyənin vəzifə həddini ötən tələblərinə dözməyən bacılar sonunda etiraz səslərini qaldırıblar. Görünür elə şöbə müdiri Qələndər Canbaxısova, Lamiyə Hüseynovaya və başlıcası Şahin Ələkbərova bu fürsət lazım imiş.
15 may 2023-cü il tarixində heç bir əsas olmadan və ya anonim şikayət üzərindən (S.Əkvərovun özünün söylədiyinə əsasən) bacılar işdə olmadıqları zaman, zəruri şəxsi əşyaları saxlamaq üçün tibb bacılarının ümumi istifadəsində olan kiçik ölçülü dollaba baxış keçirilib. Baxış zamanı məzuniyyətdə olan başqa bir işçinin dollabından 15 adda tibbi ləvazimatlar olduğu aşkar edilib. Amma nədənsə Lalə və Jalə bacılarının adına hüquqi qaydalara uymayan, tarixi qeyd olunmayan 5 nəfərin imzası ilə AKT tərtib olunub . Üzləşdikləri şər-böhtandan, haqsızlıqdan dərin psixologi sarsıntı keçirən bacıların səhətlərində yaranan ciddi narahatlıq səbəbilə ilə çıxa bilmədikləri üçün 18.05.2023-cü il tarixində isə gələ bilməyiblər. Xəstə olmalarını təsdiq edən sənədi gətirdikdə isə məlum olub ki, şöbə müdiri Qələndər Canbaxısovunn tarixsiz Təqdimatı və tarixsiz, qeyri-qanuni AKT əsasında xəstəlikləri ilə bağlı isə gələ bilməyən bacılar, qanundan kənar, zorbalıqla tohmətləndirilib, başqa isə keçiriliblər. Sanıram siz oxucularıma Q.Canbaxısovun Təqdimatı maraqlı olar. İllərin şöbə müdiri, professoru, Canbaxısov Təqdimatında bacıların xəstələrə qanunsuz, həkim təyinatından əlavə müalicə tətbiq etmələrini bildirir. Belə olan halda, 13 ildə niyə bu işçilərin insan sağlamlığına bilərəkdən xəsarət yetirmələri ilə bağlı cinayət işinin açılması tələbini irəli sürmədiniz? Və ya qondarma AKT da qeyd olunan oğurluq tibbi vasitələr üçün hüquq-mühafizə orqanlarına məlumat verilmədiniz? Cavabsız suallar!!!!
Hətta xəstəlik vərəqəsinə belə məhəl qoymadan töhmət, vəzifədən uzaqlaşdırmaq cəzası tətbiq edildi.
İnstitutda baş verənlərlə bağlı Şahin Ələkbərovla görüşmək qərarına gəldik. İş otağının önündə gözlədiyimiz zaman əlində tutduğu vərəq ilə direktorun əhvalının necə olmasını katibəsinən soruşan Lamiyə:- " Bunu gördükdən sonra daha yaxşı olacaq" deyə ərkiyanə, şıltaq hərəkətlərlə nazlanması da gözümüzdən yayınmadı. O anda düşünməmək mümkün deyil ki, şöbədə olan hər bir hal və hərəkətlər üçün şöbə müdiri direktorun qəbuluna daxil olur. Sıradan bir tibb bacısının İnstitutun direktoru ilə olan bunca səmimiyyətin qaynağı haradandır? Yox əgər hər hansı bir şəkildə yaxınlıq, qohumluq əlaqələri mövcuddursa belə, bunu iş yerində avantaja çevirmək yolverilməzdir.
Nəhayət bizim direktorla görüşümüz baş tutdu. Necə baş tutdu, nə siz sorun, nə mən deyim. Tək onu deyəcəm ki, Şahin Əkbərov mənə təhdid edici şəkildə "ehtiyyatlı ol" xəbərdarlığı etdi. (Bu arada unutmadan söyləyim ki, irəlidə başıma gələcək hər bir hadisədə Şahın Əkvərovun rolunun olmayacağını düsünmürəm).
Hörmətli oxucularım.
Sizlər mənim çox dəyərlilərimsiniz. İstəsək də istəməsək də həyat bizləri həkim adına ləkə olan belə insanlarla qarşılaşdırdığı zamanlar olur. Bu yazimda yalnız tənha qadınlar və himayələrində azyaşlı övladları olan Lalə, Jalə bacılarına zülüm olunmasını əks etdirmədim. İstədim ki, bir gün özünüzün və ya doğmalarınızı Travmatologiya İnstituna yatıran zaman iki dəfə düşünərsiniz.
(Ardı var)
Baş redaktor: Təriflə Maqsudova.


Xəbəri paylaş

3508 dəfə oxunub.

Digər xəbərlər
26-07-2015, 10:27 Cəbhədən ən son xəbər

bütün xəbərlər
____ Instagram ___