Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əsl əlil olan kimdir? Fiziki qüsurlu ya vicdan qüsurlusu?
Tarix: 28-08-2018 | Saat: 19:12
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər




Allah-Talanın insanlara bəxş etdiyi ən dəyərli nemət can sağlığıdır. Elə ona görə də insanlar alqış və dualarında “Allah sənə can sağlığı versin” deyə dua edər. Bəzən elə də olur ki, bu qiymətli nemətdən məhrum olururuq. Fiziki sağlamlığımızı itirib, kimsələrə möhtac duruma düşürük. Belə insanlara qayğı göstərmək həm Allah qatıhda, həm də insanlıq anlayışında böyük savab və mərifətdir. Eləcə də sivil dövlətlərin qüsurlu vətəndaşlarına göstərməyə borclu olduğu qayğısıdır.
Azərbaycan Respublikası demokratik dövlətdir və irqindən, cinsindən, sosial vəziyyətindən, dilindən, dinindən və.s asılı olmayaraq vətəndaşlarının qayğısına qalır. Fiziki qüsurlu vətəndaşlara isə xüsusi qayğı göstərilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyini üzərinə ciddi məsuliyyət qoyub. Yuxarıda qeyd etdiyimiz kimi dövlətimizin QANUNları olduqca humanist və demokratikdir. Bəs gəlin görək yerlərdə bu qanunları icra edənlər də QANUNlarımız kimi demokratikdir? Əfsuslar olsun ki, yox.
“Xəbəraz.az” saytının redaksiyasına müraciət edən II qrup əlil Sabirov Cahangir 18 yaşlı oğlu Sabirli Hacıqulu anadangəlmə yuxarı ətrafın dərin parezi, iflic xəstəsi olduğunu, və bununla bağlı övladına yaşadılan əzabları dilə gətirdi.
Məlumdur ki, anadangəlmə xəstəliklər sonradan qazanılan xəstəliklərdən fərqli olaraq müalicəyə tabe olmur və sağalması mümkün deyil. Onun övladı da 18 il aparılan müalicənin sonunda fiziki sağlamlığına qovuşa bilməyib. Belə fiziki qüsurlu xəstələr isə 18 yaşa çatdıqdan sonra artıq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Tibbi Sösial Ekspert Komissiyasının qərarı ilə əliliyin dərəcəsini təyin edən qrup müəyənləşdirilir. Sabirli Hacıqulu 2016-cı il tarixində 20 saylı Tibbi Sösial Ekspert Komissiyasında tibbi müayinədən keçib və 2.1 xəstəlik kodu ilə (Uşaqların sağlamlıq imkanlarının məhdudluğu, bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetaz,xorcaatetoz tipli) nəzərəçarpan kordinasiya pozulmaları) Travmatik ensefalopatiya. Sol yuxarı ətrafın monoparezi diaqnozu təyin edilmişdir.   Növbəti yoxlanış isə 2018-ci ilə yəni xəstənin 18 yaşı tamam olduqdan sonraya  müəyyənləşdirilmişdir. Aradan keçən zaman xəstənin vəziyyətində heç bir dıyişiklik etməyib. Əksinə xəstəlik hərgün irəliləməyə doğru davam edib.  Nəhayət son dəfə Tibbi Sösial Ekspert Komissiyasının  03.07.2018-ci il tarixli bildirişi xəstəyə əlillik dərəcəsini təyin etmək yerinə xəstənin stasionar müalicəsinin müddətinin yetərsiz olduğu əsas gətirilib xəstəliyə görə qrup təyin etməkdən imtina edir.  Səbəb isə əlavə müalicəyə ehtiyac olduğunu əsas gətiriblər. Belə olan halda sual olunur, Məgər 18 ildə aparılan müalicələr yetərli deyilmi? Yoxsa  Tibbi Sösial Ekspert Komissiyasının həkimləri belə xəstəliklərin sağalacağına ümüd edirlər? Biz həkim deyilik ki, onlar kimi rəy verək. Lakin möcüzələrə də inanmırıq. Sadəcə oxuduğumuz və şahidi olduqlarımız bizə əsas verir ki, belə xəstələrin müalicəsi mümkün deyil. Elə isə Sabirli Hacıqulunu yenidən xəstəxanada yatızdırmaqda  Tibbi Sösial Ekspert Komissiyasının maraqları nəyə xidmət edir? Bizim bütün bu olanlara aydınlıq gətirmək üçün imkanlarımız məhduddur. İmkanı olanların isə gördüyü işlərin hansı vəziyyətdə olduğunu bu yazıdan əvəlki yazılarımızda da, bu yazımızda da kifayət qədər açıqlama vermişik. Amma nə olsun?! Necə deyərlər-“Dəyirman öz işində, cax-cax baş ağrıdır”. Bir də atalarımızdan qalma gözəl bir söz var. “O pis ölməsin ki, yerinə yaxşı gələr”. Sabiq nazir Səlim Müslümovun şəffaflıq adı altında qaranlıq işlərinə yeni gələn nazir Sahil Babayev çıraq tutacağına ümid edən fiziki qüsurlu şəxslərinümidləri boşa çıxır.  Onsuz da onların çətin olan həyatlarını sanki süni maniələrlə daha da çətinləşdirməkdən zövq alır. Əgər belə olmas idi yalnız “Xəbəraz.az”a müraciət edən Sabirli Hacıqulu deyil, yüzlərlə incidilən vətəndaşlar ah-nalə edib, bəddua etməzdilər.



Xəbəri paylaş

1 9148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___