Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hava ilə bağlı xəbərdarlıq - 6-sı axşamdan...
Tarix: 05-09-2023 | Saat: 15:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sentyabrın 7-si axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.




Xəbəri paylaş

2158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___