Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ölülərə, dirilərin zülmü" Və ya "Səssiz məzarların səsli "qonaq"ları"-Dalğa otel
Tarix: 21-06-2023 | Saat: 11:02
Bölmə:M / Karusel / Gündəm / Bizim seçim / Araşdırma / Reportaj / Aktual | çapa göndər

"Ölülərə, dirilərin zülmü"

Və ya

 "Səssiz məzarların səsli "qonaq"ları"

İnsan itirdikləri doğmalarını torpağa tapşırıb, adına "qəbirstanlıq" deyərək, müqəddəsləşdirirlər. Dirilər ölülərinin ruhları ilə baş -başa qalmaq, dərdlərini onlarla səssiz bölüşmək üçün doğmalarının  məzarına sığınar.  

Cox böyük mənəvi açılarla söyləmək istərdim ki,  Babək prospekti üzərində yerləşən və "Keşlə qəbirstanlığı"  kimi tanınan məzarlıqda yatan ölülərin  "dərdləri"  nə yerə nə göyə sığır. Doğru, bəlkə də güləcəksiniz ki, ölünün tək dərdi, doğmalarının ziyarəti, bir rəhmət, bir duadır. Bir də ən vacib olan sükunətlərinin pozulmasıdır ki, bu səbəblə məzarlığa gedərkən susqunlasırıq.

Sanıram ki, ölülər dünyasına hörmətlə yanaşmaq çoxlarının ağlına belə gəlmir. Məsələn  "Dalğa" otelinin sahibi kimi.

Adından göründüyü kimi otel kimi fəaliyyət göstərən "Dalğa"nın əsl məqsədi, "qədim peşəni qorumağa" xidmət edir. Məzarlığın içərisində yerləşən otel, "777" adlı geçə kulubunun "7 və ya 77 gözəllərinin"  

natura xidmətlərini təklif edərək,  "halal zəhmət"lə çörəyini qazanır. 

Deyirlər gecələr məzarlıqlar qorxulu olur. Keşlə məzarlığında yatan  əbədi dünya sakinləri ilə "müsahibə aldığımda" onların dərilərdən qorxduğunu öyrəndim. Hər gecə bahalı avtomobillərdə, ucuz insanların kiralıq qadınlarla şəhvət bağırtıları məzar sakinlərinin zülmünü dözülməz edib. Xüsusiylə də otelə yaxın yerdə dəfn olunan şəhidin ruhu vicdanını hərraca qoyan bu insanlar tərəfindən hər gün  dara çəkilir. Hətta cismi erməni gülləsindən bir dəfə, ruhu öz  soydasları tərəfindən hər gün parça-parça qoparılır. 

Biz "Dalğa " otelin və "777" gecə kulubunun həqiqi sahibinin kim olduğunu, ölülərin dincliyinin kiminin əli ilə pozulduğunu bilmirik. Bildiyimiz və gördüyümüz həqiqət bu ki, gecələr bədənlərini satan və ya satmağa məcbur edilən qadınların süni qəhqəhələri, ucuz, çirkli təmasları sayəsində bahalı sərmayələr toplayan Hatəm ,Sadiq kimilər üçün müqəddəs olan heç nə yoxdur. 

Doğrusu düşünürəm, görəsən Harəm, 

Sadi kimilərin öz ölülərinə hörmətləri varmı? 

Yəqin ki, yox.  

Olmuş olsaydı insanların əzizlərindən  geridə qalan məzarlara, məzarlarda yatanlara ləyaqətlə davranırdılar. Davranmağı unudublarsa, bir gün o məzarlarda yatanlardan biri olacaqlarını xatırlasınlar. Bəlkə o zaman ölülərə etdikləri zülmə son qoyarlar. Bəlkə!!!!!!

Tərifə Maqsudova



Xəbəri paylaş

1638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___