Bakıda yeddinci sinif şagirdi olan qız özünü məktəbin binasından atmaq istəyib.
Hadisə paytaxtın Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib.
Belə ki, yeddinci sinif şagirdi üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb. Vəziyyətə dərhal müdaxilə edən müəllim kollektivi baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb.
Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. İlkin məlumatlara görə, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallardır.
Hadisə barədə Təhsil İdarəsinə, ərazi üzrə polis bölməsinə, yerli icra hakimiyyətinə məlumat verilib. Qızın ailəsi ilə danışıqlar aparılıb. Məktəbli və ailəsi hazırda nəzarətdə saxlanılır.
Suraxanı rayon icra hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasından bildirilib ki, hazırda uşağın vəziyyəti qənaətbəxşdir:
"Məktəblinin və anasının vəziyyəti yaxşıdır, heç bir həyati təhlükəsi yoxdur. Məktəbli yetkinlik yaşına çatmayıb. Ola bilər ki, hansısa ailə üzvünə qarşı münasibətdən dolayı, ya da dostları, rəfiqələri ilə arasında yaşana biləcək hər hansı inciklik səbəbindən bu addımı atıb.
Düşünürük ki, diqqət cəlb etmək üçün bu addımı atıb. Uşaqla psixoloq danışıb, söhbət aparıb.
Məsələ ilə bağlı təfərrüat vermək istəmirik. Sadəcə olaraq səlahiyyətlərimiz çərçivəsində ərazi üzrə yetkinlik yaşına çatmayanlarla bağlı, onların həyati təhlükəsi yaranarsa dərhal qarşısının alınması istiqamətində tədbirlər görürük".
Bakıda 7-ci sinif şagirdi intihara cəhd etdi
Tarix: 10-02-2022 | Saat: 12:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4018 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-02-2022 | Saat: 12:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
13-03-2019, 11:26
Bakıda intihara cəhd - Özünü asan qızı anası qurtardı
14-07-2019, 12:52
“Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib” - Mehriban Əliyeva
29-08-2016, 15:45
Əhaliyə şad xəbər: Səhhətinizlə bağlı durum SMS şəklində telefonunuza göndəriləcək
4-03-2017, 22:25
“Toyota Prado” piyadanı vurub öldürdü
25-05-2023, 16:37
“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?” - "Bəxt üzüyü"nün Moşusu
2-06-2016, 15:33
Lavrov: “Mən hər şeyi yeyə bilərəm…”
17-08-2017, 17:06
"Game of Thrones" serialı niyə bu qədər sevilir? - SƏBƏB TAPILDI
9-07-2017, 10:19
Xanımlar evdə tək olan zaman sizcə nə edər? - 8 İNANILMAZ VƏRDİŞ
8-08-2022, 11:02
Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü - Sabirabadda ŞOK OLAY
13-08-2023, 12:06
Qusar-Quba yolunda avtobus aşdı - 19 nəfər yaralandı