Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
UCAR SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR - ​​​​​​​“Talançılıq yolu ilə milyonlara sahib olan Mənsur Məmmədovun gözü doymaq bilmir...”
Tarix: 16-11-2022 | Saat: 19:44
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər



“Mənsur Məmmədov ümumi istifadədə olan örüş yerini qanunsuz olaraq əkdirməklə kənd sakinlərinə ciddi ziyan vurub”

Ucar rayonunun Alpout kənd sakinləri - İsmayılov Kamran Etibar oğlu, Cəlilov Samir Əmir oğlu, Əliyev Fərhad Mövsüm oğlu, Məmmədov Bəhruz Mahir oğlu, Abbasov Mirzə Səhrab oğlu və Əliyev Kamil Nüsrət oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdan şikayət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:

“Bu şikayətimizdə yazıb Sizə bildiririk ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov ümumi istifadədə olan örüş yerini qanunsuz olaraq əkdirməklə kənd sakinlərinə ciddi ziyan vurmuşdur. Belə ki, biz Ucar rayonu Alpout kənd sakinlərinin əsas məşğuliyəti əkinçilik və heyvandarlıqdır. Ancaq ümumi istifadədə olan örüş yerlərimizdə qanunsuz olaraq əkin işləri aparılmışdır. Alpout kəndində “Bəy yeri” deyilən ərazidə 24 hektar örüş yerində icra başçısı Mənsur Məmmədov qanunsuz olaraq əkin işləri aparmışdır. Hansı ki, həmin 24 hektar torpaq sahəsinin təyinatı örüşdür. Kənd sakinləri həmişə orada iri və xırdabuynuzlu heyvanlarını otarıblar.

Talançılıq yolu ilə milyonlara sahib olmuş Mənsur Məmmədovun gözü doymaq bilmir. Ucar və Göyçay rayonlarında yüzlərlə hektar torpaq sahələrini qanunsuz ələ keçirən icra başçısı kənd sakinlərinə qənim kəsilib. İndi biz kənd sakinləri heyvanlarımızı otarmağa yer tapmırıq. Hətta məlumat almışıq ki, Mənsur Məmmədov Göyçay rayonunda icra başçısı vəzifəsində işləyən zaman həmin rayonun Çərəkə kəndində 60 hektar örüş torpağını qanunsuz qazdıraraq, balıq yetişdirmə gölü yaratmışdır. İcra başçısı Mənsur Məmmədova məxsus olan balıq gölünün biri isə Göyçay rayonunun Müskürlü kəndində yerləşir”.

Sakinlər bildirir ki, icra başçısı Mənsur Məmmədovun bütün kənd təsərrüfatı işlərini Ucar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Səfərov aparır: “Rəhman Səfərov və İcra Hakimiyyətinin Araz adlı əməkdaşı hər səhər işə gəlmək əvəzinə, icra başçısına məxsus fermalara, əkin sahələrinə gedirlər.

Örüş torpağının əkin təyinatlı edilməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Belə bir qərar olmadan, bələdiyə və ya mülkiyyətçi ilə müqavilə bağlanılmadan, torpaqdan qanunsuz istifadə etmə cinayət əməli hesab edilir. Belə bir qanunsuz işi vəzifəli şəxs görərsə, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti hesab olunur”.

Sonda qəzetimiz vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar: “Çox xahiş edirik ki, şikayətimiz yerində, obyektiv yoxlama aparılmaqla, araşdırılıb cinayət törətmiş icra başçısı Mənsur Məmmədov barəsində qanuni tədbirlər görülsün”.


Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
30-06-2015, 12:33 İşsizlərə xoş xəbər

bütün xəbərlər
____ Instagram ___