İşsizlərə xoş xəbər
Tarix: 30-06-2015 | Saat: 12:33
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
ƏƏSMN tərəfindən 6 rayonda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyul ayında respublikamızın 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur.
[b]Xeberaz.az[/b] xəbər verir ki, iyulun 15-də Qax, iyulun 22-də Şəki və Siyəzən, iyulun 24-də Quba və Gədəbəy, iyulun 30-da isə Xızı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Yarmarkaların keçirilmə tarixi dəyişdirildiyi halda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif olunacaq. Tədbirlər zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim ediləcək, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.
Bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin 11 rayonunda əmək yarmarkaları keçirilib və yarmarkalarda 766 nəfərə boş iş yerlərinə göndəriş verilib, 36 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.
Xəbəri paylaş
6708 dəfə oxunub.
Digər xəbərlər

1-09-2016, 16:54
Bağlanan bankın əmanətçi və borclularına müraciət edildi
25-02-2016, 15:55
"İlhamə Quliyeva ölməyib, öldürülüb" - Elgiz Əkbər
4-12-2018, 13:41
Sabah da yağış yağacaq
15-12-2016, 20:11
Prezident İlham Əliyev bir sıra səfirləri geri çağırdı
9-11-2016, 14:25
Leyla Əliyeva əkizləri və Əminə ilə "Bayraq günü"nü qeyd etdi - FOTO
6-09-2015, 11:57
Bakıda yeni marşrut xətti istifadəyə verildi
22-08-2022, 12:26
Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
31-08-2016, 17:07
Bakıda ölən hamilə qadın pilot imiş (YENİLƏNİB, FOTO)