Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsmayıllıda sürüşmə anı kameraya düşdü - Video
Tarix: 19-10-2016 | Saat: 00:03
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

İsmayıllıda sürüşmə anı kameraya düşdü - Video

İsmayıllıda ötən ilin aprel ayında baş verən sürüşmə yağışların artması ilə yenidən aktiv fazaya keçib.

ARB TV xəbər verir ki, 1015 sakini olan kənddə 3 gündür davam edən sürüşmə insanları təşvişə salıb. Torpaq kütləsi ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir. Təsərrüfatlara da xeyli ziyan dəyib.

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyəti orqanlar sürüşmə barədə məlumatlandırılıb. Ümümiyyətlə isə sürüşmə təhlükəsi ölkə ərazisində olan digər zonalarda da aktivləşməyə başlayıb. Xüsusilə də Şamaxı-Qobustan zonasında sürüşmə ən yüksək həddə çatıb. Həmçinin paytaxtın sürüşmə zonalarında da fəallaşma ehtimalı yüksəkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun məlumatına görə, ölkə ərazisində yağıntının miqdarı xeyli artıb və bu artım daha çox Böyük Qafqazın cənub yamaclarında - Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Qusar rayonlarında müşahidə edilir. Yağıntıların miqdarının artmağına gəlincə isə bu, qlobal iqlim dəyişiklikləri ilə əlaqəli olan prosesdir.



Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___