Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bir neçə gün əvvəl FHN Tibb Mərkəzi ilə bağlı qalmaqallı yazıda adı hallanan gənc kadr Əli Quluzadə kimdir?
Tarix: 24-09-2022 | Saat: 22:22
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj / Aktual | çapa göndər

Bir neçə gün əvvəl FHN Tibb Mərkəzi ilə bağlı qalmaqallı yazıda adı hallanan gənc kadr Əli Quluzadə kimdir? Kiçik bir jurnalist araşdırması apardıq:

Quluzadə Əli Röfət oğlu 24 aprel 1995-ci ildə Naxçıvan MR-də anadan olmuşdur. İlk ali təhsilini  2012-2017-ci illərdə  Qərb Universitetində almışdır. Hazırda Dövlət Gömrük Komitəsinin Akademiyasında ikinci ali təhsilini alır. Hərbi xidmətini Naxçıvan MR, Ordubad rayonunun Böyük Soyuq adlı dağında 3147 metr yüksəklikdə, ilin bütün mövsümlərinin qış kimi keçdiyi bir şəraitdə, düşmənlə üz-üzə keçmişdir. Ali Məclisin Sədri deyib ki, soyuq döyüş bölgəsinə dəfələrlə gəlmişəm. O qayalardan yolların çəkilməsi şücaət, zəhmət tələb edirdisə, o ərazilərdə xidmət aparmaq da qəhrəmanlıqdır.

Əli Quluzadə 2019-cu ilin may ayının 23-dən FHN Tibb Mərkəzinin maliyyə-uçot şöbəsinin rəisinin köməkçisi vəzifəsinə leytenant rütbəsi ilə təyin olunub. Xidmət etdiyi müddətdə rəhbərlik tərəfindən heç bir xəbərdarlıq və töhmət almayıb, heç bir nöqsana yol verməyib.2022-ci ilin mart ayında Tibb Xidməti tərəfindən növbəti rütbənin verilməsi barədə nazirliyə təqdimat verilmiş və cari ilin iyun ayının 15–də nazirin əmri ilə baş leytenant növbəti hərbi rütbəsi verilmişdir. Maraqlı məqam odur ki, baş leytenant rütbəsi təqdim edildikdən 20 gün sonra Əli Quluzadəyə bildirilmişdir ki, ərizə yazıb işdən çıxmalıdır, lakin o buna etiraz edərək ərizəni yazmamışdır. Cari ilin aprel ayından iyul ayınadək  Tibb Mərkəzində aparılan maliyyə yoxlamaları zamanı Əli Quluzadənin xidmətində heç bir qüsur, maliyyə və qanun pozuntusu aşkarlanmamışdır. Xidmət etdiyi müddət ərzində aparılan bütün maliyyə-hesab əməliyyatlarından və informasiyalardan kənarda saxlanılmışdır (bütün əməliyyatlar maliyyə-uçot şöbəsinin rəisi İmanov İlham Abbasqulu oglu tərəfindən aparılmışdır). Aparılan yoxlamalar nəticəsində şöbə rəisinin xidmətində ciddi nöqsanlar, maliyyə pozuntuları, yeyinti faktları aşkarlanmış və o bu səbəbdən sərəncama götürülmüşdür. Bundan başqa o da məlum olmuşdur ki,“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrası təmin edilməmiş, Tibb Mərkəzi əməkdaşlarının dəfələrlə şikayət etməsinə baxmayaraq, pandemiya dövründə maaşlarına əməkhaqqılarının 3 misli dəyərində olunan əlavələr hələ də verilməmişdir. Tibb Mərkəzində baş vermiş hadisələr zamanı Əli Quluzadə təhsil məzuniyyətində olmuş (31 maydan iyulun 4-nə qədər), Dövlət Gömrük Komitəsinin Akademiyasında sessiyanı uğurla başa vurmuşdur. 2022-ci ilin iyul ayının 5-də isə heç bir əsas olmadan xidmətə uyğunsuzluq maddəsi ilə ehtiyata buraxılması haqqında əmr verilmişdir. Beləliklə, Quluzadə Əli Röfət oğlunun hüquqları kobud surətdə pozulmuşdur.



Xəbəri paylaş

1 1068 dəfə oxunub.

Digər xəbərlər
30-07-2021, 11:36 Şakira həbs oluna bilər

bütün xəbərlər
____ Instagram ___