Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saxta pul əsginasları satan şəxs saxlanıldı - VİDEO
Tarix: 26-05-2017 | Saat: 20:02
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

 
Cəlilabad Rayon Polis Şöbəsinə Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əsginaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
ARB TV xəbər verir ki, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraşov 240 ədəd saxta 100 manatlıq əsginası satmaq istəyən zaman cinayət başındaca saxlanılıb.
Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əsginasları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Ekspert rəyi ilə müəyyən edilib ki, həmin saxta əsginaslar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir. İlkin ifadəsində Səfa Qaraşov əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.
Səfa Qaraşov - Saxlanılan şəxs: "Satmaq məqsədilə 240 ədəd saxta əsginası tanıdığım adamdan 500 manata almışdım. Tutulanda 240 ədəd əsginas üstümdə idi. Tutdular, mən də təqdim elədim".
Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


 


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___