Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallıda Əhəd Əhədovun oğlu, Emin Əhədovu qanına qəltan etdilər... - Hüquq-mühafizə orqanları hara baxır…? Spartak və Azər Nadirov qardaşları Azərbaycan qanunlarından güclüdürmü..?
Tarix: 08-09-2022 | Saat: 13:21
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Reportaj | çapa göndər




“Emin Əhədovu ölümcül döyərək, qollarını sındıran şəxsləri kimlər müdafiə edir?”  başlıqlı ötən yazımızda Masallı rayonunda baş  verən zorakılıq, heç bir  ölçüyə sığmayan qanunsuzluq hallarından bəsh etmişdik. Qısa xatırlatma üçün qeyd edək ki,  Masallı rayonunda vaxtilə xırda ticarətlə məşğul olan, çirkli yolla pul qazananlar, hətta narkotik maddələrin satışı ilə məşğul olanlar qazandıqları külli miqdarda varidatın hesabına sıravi vətəndaşlara qarşı  əzələ-güc nümayiş etdirirlər. Ən dəhşətlisi odur ki, bu kriminal ünsürlər hətta hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarını da ələ ala biləcəklərini düşünürlər. Və hətta buna nail olurlar. Məlumat  üçün bildirək ki,  sosial şəbəkələrdə Masallı şəhər sakini Əhədov Emin Əhəd oğlunun may ayının 29 - da qonşuları Spartak və Azər Nadirovlar tərəfindən amansızcasına döyülüb ağır bədən xəsarətləri alması barədə informasiya  yayılmışdı.  Məlumatdan bəlli  olurdu ki,  “qoçu”ların atası   “Hacı” Abı Nadirov ötən əsrin 90- cı illərindəki qarmaqarışıqdan istifadə edib İrandan gətirilən xırdavatın və narkotik vasitələrin alqı- satqısıyla varlanıb və Həcc ziyarətinə getdikdən sonra Masallıda imkanlı iş adamı kimi tanınmağa başlayıb. Lakin el arasında ona deyilən ayaması bu gün də unudulmayıb. Həmin ayama ilə tanınan Abı ötən əsrin 90 -cı illərində uzun müddət pul alveri ilə məşğul olaraq həm də "dollar Abı" ləqəbi ilə tanınıb. Masallıda  “Xan çinar” şadlıq sarayının və digər ticarət obyektlərinin sahibidir. Bunu biz yox, müxtəlif mətbu orqanlar yazır. 
Spartakın adı isə 2000- ci illərin ortalarında müğənni Xatirə İslamla bağlı macəralarına görə gündəmə gəlib. Külli miqdarda borca düşüb. Deyilənə görə “Hacı” Abı onun borclarını qaytarmağın vahiməsindən hətta şəkər xəstəliyi tapıb. Spartak bu gün ətrafına bəzi qoluzorluları yığaraq Masallıda münaqişəli tərəflər arasında mübahisəli məsələlərin haqq- hesabını (razborka) aparır, sələm tələb edir, qanuna sığmayan digər əməllərlə məşğul olur. Deyilənlərə görə "Hacı" Abının və törəmələrinin bu əməlləri etməsinin  əsas səbəbi Masallı rayon İHB- nın sabiq 1- ci müavini  “Hacı” Nadir Abıyevlə qohumluq əlaqələridir. Belə ki, hər iki Hacı qudadırlar. Spartak məhz həmin qohumluğa görə dəfələrlə cinayət məsuliyyətindən yayına bilib. Bildirək ki, Spartak və qardaşı Azər tərəfindən vəhşicəsinə döyülən Emin Əhədov ruhi xəstədir. Xəstəliyinə görə pensiya alır, sakit həyat tərzi sürür. Kimsə ilə münaqişəsi olmur. Onun atası Əhəd Əhədov "Hacı" Abı ilə əmiuşağıdır. Əhəd Əhədov vaxtilə "Hacı" Abıya kömək edib, ona dəstək olub. Onların arasındakı mübahisənin əsas səbəbi Əhəd Əhədovun babasından miras qalmış evin Masallı rayon İH- nin sabiq Başçısı Rafil Hüseynov tərəfindən 2020- ci ildə “Hacı” Abının kürəkəni, Masallı şəhərinin keçmiş ərazi nümayəndəsi Laçın Sadıqova 70 min ABŞ dollarına qanunsuz olaraq satılması olmuşdur. Alqı -satqı prosesində Masallı rayon İHB- nın hazırkı 1- ci müavini Məmmədhüseyn Hüseynov və İH -nin memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov yaxından iştirak etmişlər. Yəni onların da hesabı ödənilib. Məhz bundan sonra Əhəd Əhədov ölkə Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror  cənab Kamran Əliyevə və digər dövlət rəsmilərinə şikayət etmişdir. Masallının hazırkı icra başçısı  Şahin Məmmədov isə Məmmədhüseyn Hüseynovun canfəşanlıq etməsi nəticəsində Masallı şəhərinin sabiq ərazi nümayəndəsi Kamal Mazanovu vəzifəsindən azad edib  Prezident Adminstrasiyasına  "günahkarın" cəzalanması barədə arayış göndərmişdir. Maraqlıdır ki, rayonun hüquq mühafizə orqanlarının məsul şəxsləri bu günə kimi Emin Əhədova ağır xəsarət yetirmiş Spartak və Azər Nadirovlar barəsində əsaslı hüquqi tədbirlər həyata keçirtmirlər. Görəsən  Masallı polisinin rəisi Azay Ağayevi susduran səbəb nədir? 
Sözün qısası, Gündəlik-Bakıya  daxil olan məlumata görə, Masallı rayon məhkəməsinə gələn Spartak və onun qoçuları Əhəd Əhədovun oğlu Emin Əhmədovu yenidən vəhşicəsinə  döyərək qanına  qəltan ediblər. Görəsən, ölkə mediasının bu qədər yazmağına, dövlət  başçısına, hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciətlərə baxmayaraq  nə üçün heç bir tədbir görülmür..? Bəs ölkənin məhkəmə-hüquq sistemi hara baxır..? “Hacı  Abı”nın  oğlanları  Spartak və  Azər Nadirovlar Azərbaycan qanunlarından güclüdürmü..? 
Gündəlik-Bakı olaraq növbəti  yazıda bu suallara  konkret cavab tapmağa çalışacağıq.
Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
https://gundelik-baku.com/



Xəbəri paylaş

4638 dəfə oxunub.

Digər xəbərlər
24-02-2017, 14:00 "Qarabağ" və "Tottenhem"
23-10-2017, 13:10 Şəhidimiz dəfn edildi

bütün xəbərlər
____ Instagram ___