Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elman Rüstəmov: Mərkəzi Bankın funksiyası ləğv edilməyib
Tarix: 04-02-2016 | Saat: 12:52
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Elman Rüstəmov: Mərkəzi Bankın funksiyası ləğv edilməyib
Baş bankir prezident Fərmanını şərh edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət addımdır.

Xəbəraz.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildiririb.

O qeyd edib ki, indiyədək Azərbaycanda maliyyə bazarlarına nəzarət edən bir neçə qurum fəaliyyət göstərirdi:

“Bu funksiyanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirirdi.

Beynəlxalq təcrübəyə əsaslanaraq bu konsiladasiyaya gedildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması malyyə bazarlarında vahid siyasət və vahid tənzimləmə standartları rejimini həyata keçirməyə imkan yaradacaq, bunu reallaşdırmaq mümkün olacaq”.

E.Rüstəmov vurğulayıb ki, bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq:

“Çünki Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmayıb və əvvəki formada qalıb. Maliyyə sektorunda, xüsusi ilə maliyyə sabitliyinin yaradılmasına birgə çalışacağıq”.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___