Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SABIRABADDA RÖVŞƏN ŞAHBAZOVUN “PRITONUNU” HANSI MƏMUR HIMAYƏ EDIR?
Tarix: 01-09-2022 | Saat: 13:07
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər


Redaksiyamıza Sabirabad rayonunda mal bazarı kimi tanınan ərazisdə Şahbazov Rövşən Hacıbarad oğlunun heç bir icarə müqaviləsi və rəsmi sənədi olmayan kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə video-materialla müşayiət olunan məlumat daxil olub. Video-materialdan bəlli olur ki, həmin kafedə çalışan, adının Samirə olduğunu deyən qadın 15 manat müqabilində intim xidmət təklif edir.

Kafenin əxlaqsızlıq yuvası olmasının sübutu kimi xidmət edən bu fakt ətrafında dolaşan başqa bir məlumat bundan ibarətdir ki, Şahbazov Rövşən bu cinayət əməlinə oğlu Kamranı da cəlb edib. Belə ki, Rövşən özü oldu-olmadı, oğlu Kamran bütün günü kafedə olur və  orada çalışan “xanımların” əxlaqsızlıqla məşğul olmalarından xəbərdardır. Məlumatda qeyd polunur ki, Rövşən Şahbazov özü iş icracısı (prorab) vəzifəsində çalışır, qardaşı Kürdoğlu isə Şirvan Şəhər bələdiyyəsinin sədridir. Deyilənə görə, məhz qardaşına güvənən Şahbazov Rövşən həm qanunları saya salmır, həm də cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi dəyərlərə tüpürür.

Böyük ehtimalla, Şahbazov Rövşənə havadarlıq edən məmur da bu biabırçı biznesə, ondan qazanılan murdar pullara şərikdir. Haqqında söz açdığımız kafe kimi yəqin rayonda fəaliyyət göstərdiyi Sabirabad Rayon Polis Şöbəsinə məlum olan daha bir neçə əxlaqsızlıq yuvalarının toxunulmaz qalması, ictimai mənəviyyat əleyhinə cinayətlərə göz yumulması onların himayədarlarının güclü olması səbəbindəndir.

Təbiidir ki, ictimai mənəviyyat əleyhinə cinayət törədən Rövşənin vicdanlı vergi ödəyicisi olmasından, işçiləri ilə doğru-dürüst əmək müqaviləsi bağlamasından, sosial sığorta öhdəliklərini yerinə yetirməsindən, kafenin göstərdiyi iaşə xidmətinin keyfiyyətindən də söhbət gedə bilməz.

Mövzuya qayıdacağıq

Deryaz.az



Xəbəri paylaş

4588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___