Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maska qadağası LƏĞV EDİLİR? - Çoxdan gözlənilən qərar ...
Tarix: 16-04-2022 | Saat: 11:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Maska qadağası LƏĞV EDİLİR? - Çoxdan gözlənilən qərar ... 



Son zamanlar yoluxanların sayının ciddi şəkildə azalması Operativ Qərargahın qərarlarında da hiss olunmağa başlayıb. Bəs epidemioloji vəziyyətin yenidən pisləşməsi ehtimalı varmı?
Bu suala aydınlıq gətirmək üçün TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva ilə əlaqə saxlayıb. İnfeksionist bildirib ki, vaksinasiya olunanların sayının artması gələcəyə nikbin baxmağa kömək edir:
"Ümumi götürdükdə ölkədə epidemioloji vəziyyət qənaətbəxş hesab oluna bilər. Vaksinasiya göstəricilərimiz də qənaətbəxşdir. Çünki iki doza vaksin almış vətəndaşların təxminən 70%-i üçüncü buster dozalarını alıb. Bu rəqəm nə qədər çox olsa, bu günkü əldə etdiyimiz uğuru biz davam etdirib saxlaya bilərik". 
Son yumşalmalardan sonra əhalini ən çox düşündürən sual məhz qapalı məkanlarda maskadan istifadə məcburiyyətinin nə vaxt aradan qaldırılması ilə bağlıdır. Həkim-infeksionist Könül İsmayılova bu məsələylə bağlı Milli.Az-a danışıb:
"Son günlərin statistikası yoluxma sayında əhəmiyyətli dərəcədə azalma göstərir. Dekabr ayının sonlarından başlayaraq, koronavirusla yoluxma hallarında azalma dinamikasının müşahidəsi bir sıra dövlətlərdə, o cümlədən də ölkəmizdə, pandemiya ilə əlaqədar aparılan mübarizə tədbirlərində bir sıra yumşalmaların tətbiq edilməsi zəruriyyətini ortaya qoyur və bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən tədbirlər görülərək ölkə ictimaiəyyətinə bildirilib.
Hazırda, artıq respublikamıza giriş üçün PCR testinin mənfi nəticəsini təqdim edən sənəd zərurəti aradan qaldırılıb. ÜST rəsmisinin son həftəlik hesabatında da, koronavirusla yoluxma və ölüm hallarında dinamik azalma olması bildirilir. Bütün bu qeyd olunanlar,  təbii ki, arzuolunandır, lakin, bu xəstəliyin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik vəziyyətdən endemik vəziyyətə keçdiyi bildirildiyi təqdirdə, bizi gözləyən təhlükələrin artıq geridə qalması ilə bağlı narahatlıqlara son qoyula bilər".
 





Xəbəri paylaş

3728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___