Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Valideynlərin NƏZƏRİNƏ: Noyabrın 10-u saat 11:00-dan etibarən
Tarix: 09-11-2021 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər




Tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi məqsədilə bu il sentyabrın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılmışdı. Noyabrın 10-dan prosesə yenidən başlanır. 2 aya yaxın, yəni uzunmüddətli fasilə bəzi problemlərə səbəb olub.
Noyabrın 10-dan şagirdlərin elektron yerdəyişməsi prosesi başlayır. Yenidən həm məktəb daxilində sinfi, həm də məktəbi dəyişmək mümkün olacaq.
Ekspert Kamran Əsədovun sözlərinə görə, sözügedən proses yalnız sy.edu.az portalı vasitəsilə həyata keçirilə bilər. Bu il sentyabrın 12-dən isə bu portalın fəaliyyəti dayandırılmışdı. Ekspert deyir ki, 2 aya yaxın, yəni uzunmüddətli fasilə ortaya bir sıra problemlər çıxarıb. Ən əsası 6 mindən çox şəxsin təhsil alma hüququ məhdudlaşdırılıb.
Kamran Əsədov deyir ki, noyabrın 10-u saat 11:00-dan etibarən sistem bərpa edilsə belə, xüsusilə, 1 və 11-ci siniflərin məktəblərini dəyişmələri çətin olacaq.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi hər il tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq müvəqqəti dayandırılır. Təhsil eksperti Kamran Əsədov deyir ki, hər il bu fasilə 3 həftəyədək çəksə də, bu il 2 ay davam edib.


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
30-01-2018, 09:46 Bu ərazidə su olmayacaq

bütün xəbərlər
____ Instagram ___