Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallı Regional Meşə Təsərrüfatı İdarəsi kimlərin nəzarətindədir? - Meşə "mütəxəssisləri" meşələri talayır
Tarix: 26-04-2022 | Saat: 12:12
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

Masallı Regional Meşə Təsərrüfatı İdarəsi kimlərin nəzarətindədir? - Meşə "mütəxəssisləri" meşələri talayır




Masallı Regional Meşə Təsərrüfatı İdarəsində çalışan  bəzi əməkdaşlar 30 ildən çoxdur ki, Masallı  - Yardımlı  və Cəlilabad meşələrinin qəniminə   çevriliblər. Meşəçilik sahəsində ixtisası olmayanlar uzun müddət meşə sahələrinin qorunmasına nəzarət ediblər. Meşələrdə narkotik bitkilərin əkilib - becərdilməsi, ağac emalı sexlərinin fəaliyyət göstərməsi, mebel  hissələri,  fonerka və  parket istehsalından ötrü qiymətli cavan ağacların kütləvi şəkildə doğranıb baha qiymətlərə satılması barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar və video materiallar yayımlanıb. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti və digər aidiyyatı qurumlar dövlətdən əmək haqqı alan  meşə işçiləri barəsində müvafiq hüquqi tədbirləri həyata keçirtməmişlər. Masallı rayon Meşə Təsərrüfatı İdarəsinin keçmiş rəisləri - Siyasət Qarayevin və Ağaqardaş Qaraşovun Ekologiya və Təbii Sərvətlər Nazirliyində Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində  işlədikləri müddətdə Masallı Regional Meşə Təsərrüfatı İdarəsi "qızıl" dövrünü yaşayıb. Meşələrin dərinliyində narkotik plantasiyalar salınıb. Namiq Xıdırov da həmin vəzifədə işləyərkən  onların qoyduğu ənənəni davam etdirib. Oğurluq və rüşvət piramidası cinayətkar bir şəbəkənin Masallı- Yardımlı və Cəlilabad meşələrinə nəzarət etməsinə səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirləri isə meşə işçilərindən alınan haqq - hesaba görə törədilən ekoloji cinayətlərə ğöz yumublar.  Xüsusilə, Hüseynqulu Bağırovun Nazir vəzifəsində işlədiyi dövrdə cənub meşələrində bəzi ağacların nəsli kəsilib.   İdarənin keçmiş işçilərindən biri danışıb ki, "işdən çıxsalar da meşənin sirrlərini açıb dağıdan adamlar müxtəlif üsullarla cəzaya məruz qalırlar". Meşəçilik sahəsində təhsili olmayan, Ağaqardaş Qaraşovun  qudası, Masallı rayon   Şıxlar kənd sakini Adil Quliyev uzun müddət meşə mühəndisi vəzifəsində çalışaraq meşələrdən  yığılan gəlirlərin bölünməsinə və kadrların işə götürülməsinə nəzarət edib. Hal - hazırda onun mebel biznesiylə məşğul olan oğlu Sadiq Quliyev atasının vəzifəsinə yiyələnib. Sadiq Quliyev də meşəçilik ixtisasına malik deyil.
 İdarənin  əməkdaşlarının birindən öyrəndik ki,  əslən Yardımlı rayonundan olan Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin  yeni direktoru Əlizamin Talıbov da  Ağaqardaş Qaraşovun zəmanəti ilə həmin vəzifəyə təyin olunub. İdarədə kök salmış tanışlıq və qohumluq ənənəsi davam edir. 2018 - ci ildə   8 aya yaxın müddətdə Masallı Meşə Təsərrüfatı  İdarəsinin rəisi vəzifəsində çalışmış, hal - hazırda Yardımlı rayon  İHB- nın  Şıxlar  inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində  işləyən Füzuli Bağışovun meşə brokenyerləri   ilə işbirliyində olması barədə məlumatlar vardır. Həmin söz - söhbətlər sırasında bildirilir ki,idarədə mühəndis vəzifəsində işləyən  Abturab Bağırov, sahə rəisi Tariyel Məlikov və Masallı meşələrinin "qara kassasına"  nəzarət edən Emin Əhədov meşələrdə doğrantıların kütləvi hal almasında   idarənin keçmiş rəislərinin, hal- hazırda isə  Əlizamin Talıbovun göstərişlərini bilavasitə icra edirlər. İdarədə arxayınçılıq  o həddə çatıb ki, kadrların işə götürülməsi və təyinatları xüsusi şəxslərin təqdimatlarından sonra icra olunur. Vakant ştatlar haqqında Məşğulluq Mərkəzinə bildiriş göndərilmir. Məhz Meşlərin İnkişafı Xidmətinin rəhbərliyindən gələn  arxayınlığın və  özbaşınalığın nəticəsidir ki, Qarabağ müharibəsi  əlili, ali təhsilli meşə təsərrüfatı mütəxəssisi, 2018-ci ilin oktyabrında  qanunsuz olaraq ixtisara salınmış  Namiq Atakişiyevin hüquqları  4 ilə yaxındır ki, bərpa olunmur. Maraqlıdır ki, Masallı rayon İcra Hakimiyyətinin, prokurorluq və polis orqanlarının rəhbərlikləri də Regional Meşə Təsərrüfatı İdarəsindəki  qanunsuz hərəkətlər barədə edilən müraciət və şikayətlərə biganə münasibət göstərirlər.
Əlizamin Talıbovun xeyir- duası ilə son vaxtlar Yardımlı meşələrində ağacların qırğını başlayıb. 
Yardımlının 4 saylı meşəbəyiliyinin 13 - cü dolayında çəkilən video materialdan  görünür ki, meşələrdə ağacların kütləvi şəkildə qırılıb satılmasından ötrü meşə "mütəxəssisləri" nin istifadəsində bütün vasitələr vardır.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin direktoru Xalıqverdi Hüseynovu Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin "mütəxəssisləri"  Ağaqardaş Qaraşovun zəmanəti ilə yaxşı tanıyırlar. Talançılıq, oğurluq, rüşvət və ələbaxımlılıq ənənələri davam edir.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
MƏNBƏ (https://gundelik-baku.com/)


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___