Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aktyor Bəkir Bəkirzadə məşqçi olacaq
Tarix: 01-05-2024 | Saat: 19:21
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes / Bizim seçim | çapa göndər

Tiktok platformasından və Burak Özçivitin bənzəri kimi tanınan Bəkir Bəkirzadə futbol məşqçisi olacaq.Xeberaz.az xəbər verirki, o bu barədə özü məlumat verib. 

“Futbol çox gözəl bir idman növüdür. Demək olarki, həyatımı futbola həsr etmişəm. 9 il profisional futbol oynamışam “Zəngəzur” ve “Inter” klublarında oynamışam. Hal-hazırda da həvəskar futbol oynayıram. Azərbaycanda futbol inkişaf mərhələsindədi, və bu artan inkişaf tendesiyasını bariz nümunəsi kimi Azərbaycan klublarını xüsusilə də Qarabağın beynəlxalq arenada qələbələrini göstərə bilərik. Təbii ki, burda da Baş məşqçinin fərdi peşəkarlığı özünü göstərir. Mən futbol oyunundan azarkeşlikdən çox, Məşqçi heyətinin əməyinin nəticəsindən daha çox zövq alıram. Bu böyük və daim inkişafda olan bir sənətdir, elmdir. Futbolçuların fiziki hazırlığına, futbol taktikasının qurulması, oyun zamanı verilən çevik qərarlar, futbolçuları motivə etmək, komanda rəhbərliyinin tələbləri. Təsəvvür edin bunların hər birini nəzərə almaq və vaxtında düzgün qərarlar vermək və bu ümumi idarəetmək. Bu səbəbdən Futbol bir elmdir və daim inkişafda olan bir elm. Mən də bu inkişafda bir iştirakçı və beynəlxalq səviyyədə peşəkar baş məşqçi olmağı hədəf kimi seçmişəm. Çətin hədəf olsa belə. Buna nail olacağıma inanıram. Çünki bizdə çox istedadlı uşaqlar gənclər var. Onları üzə çıxartmaqda mənimdə əlim olsun. Bilmək olmaz bəlkə gələcəkdə dünya ulduzlarından biri mənim tələbəm oldu. Bu yaxınlarda daha geniş ətraflı məlumat paylaşacam. Məkan, saatlar və hansı yaş qrup gənclər olacağı barədə məlumatlar paylaşacam.



Xəbəri paylaş

3 6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___