Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO
Tarix: 30-03-2019 | Saat: 16:48
Bölmə:M / Siyasət / Gündəm / Foto-fakt / Fotogalereya / Reportaj | çapa göndər
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
"Xeberaz.Az" xəəbə verir ki, bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi məqsədilə sərhədçilərə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq bildirilib, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi Qazax rayonunun icra hakimiyyətinin başçısı və yerli ictimaiyyət nümayəndələri ilə birgə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində olub.
Burada aparılan mühəndis təminatı və döyüş mövqelərinin möhkəmləndirilməsi işlərinə yerində baxış keçirib, zabit və əsgərlərlə söhbət aparıb, xidməti-döyüş fəaliyyətinin nəticələri haqqında məruzələri dinləyib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərinə uyğun olaraq xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar verilib.
Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi və digər vəzifəli şəxsləri mart ayının 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olmuş Qazax rayonunun Yuxarı Salahlı kənd sakini əsgər Əlləzov Əlləz Ələddin oğlunun yas mərasimində iştirak etmiş, qəhrəman əsgərin valideynlərinə baş sağlığı veriblər.
Xəbəri paylaş
6 7368 dəfə oxunub.
Digər xəbərlər

24-01-2016, 14:37
Təbrizdə ölən körpənin meyiti ailəsinə verildi
26-12-2017, 16:26
Prezident yaşayış minimumu haqqında qanunu imzaladı - Qanun 2018-ci ildən qüvvəyə minir
20-06-2017, 10:28
Ərik tumlarının BİLİNMƏYƏN FAYDALARI - qurdları öldürür, xərçəngin qarşısını alır...
15-12-2018, 17:15
Fəhlə qum dolu yük maşınının altında qalaraq öldü-Qazaxda
30-07-2015, 16:37
Bakıda 24 yaşlı qadın üçəm dünyaya gətirdi
6-01-2023, 12:50
Qobustandakı dəhşətli qəzadan sağ çıxan şəxs: "Zalım qızı, ikimiz də yanıb öləcəyik" - VİDEO
23-08-2023, 16:15
Polisə atılan daş qadını öldürdü - Sabirabadda film kimi OLAY
10-07-2022, 11:43
I Qarabağ müharibəsinin iştirakçısından dəhşətli əməl - Dostunu öldürdü, sonra isə…
21-04-2015, 21:30
Efirə bu geyimdə gəldi – VİDEO
2-05-2016, 17:54
Manat bahalaşdı - Rəsmi