Mərkəzi Bank açıqlama verib
Tarix: 22-08-2015 | Saat: 18:10
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Mərkəzi Bankdan Xezerxeber.com-a verilən məlumatda bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır.
“Bildiririk ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.
Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər. Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır”.
Məlumatda bildirilib ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir.
Xəbəri paylaş
7068 dəfə oxunub.
Digər xəbərlər

7-03-2017, 14:24
Xoşbəxt rəqəm: Robert Prosineçki “5” alacaqmı?
2-01-2016, 18:47
Türklərdən Rusiya hökumətinə təhdid
1-08-2015, 13:56
Ölümcül xəstəliyə yoluxan dünya ulduzu
19-02-2023, 15:38
Heç bilirsiniz ki, ÇOBANYASTIĞI çayı nə qədər faydalıdır...
9-10-2017, 10:23
Azərbaycanda İİV-ə daha çox bu şəxslər yoluxur
28-07-2017, 10:08
Sürücü polislə mübahisədən sonra intihara cəhd etdi
28-04-2022, 10:08
Çində koronavirusa yoluxma artıb, məktəblər distant təhsilə keçib
16-09-2017, 22:20
"Gelandewagen"dən düşüb şıdırğı oynadı - Görün kimdir? - VİDEO
21-11-2016, 11:29
Polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə