Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda İİV-ə daha çox bu şəxslər yoluxur
Tarix: 09-10-2017 | Saat: 10:23
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır.
Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika QİÇS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, İİV daşıyıcılarının 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. Yoluxanların 7,4%-də yoluxma yolu müəyyən edilməyib. Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır. İİV-ə yoluxanların 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır.
N.Zülfüqarov bildirib ki, hazırda QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfərdir. İndiyədək 828 nəfər İİV infeksiyasından dünyasını dəyişib.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___