Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Galiano”da gecələr baş verənləri hüquq-mühafizə orqanları görmür..? - Məmur övladlarının gecə oylağında nələr baş verir..?
Tarix: 13-04-2022 | Saat: 10:41
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

“Galiano”da gecələr baş verənləri hüquq-mühafizə orqanları  görmür..?  - Məmur övladlarının gecə oylağında nələr baş  verir..?



“Location”  gecə klubunda baş verənlərdən nəticə çıxarmadıq..? 



Son  30 ildə, yəni müstəqillik dönəmində  tikilən hotellərin,  gecə klublarının, restoranların sayına nəzər salanda adam dəhşətə gəlir. 
Axı, ən yüksək səviyyədə etiraf olunub ki, Azərbaycanda  turizm çox aşağı səviyyədədir. Bunu bilməyən yoxdur. Düzdür,  son vaxtlar bu sahəyə  diqqət ayrılıb. 
Belə olan halda  bu qədər bahalı hotellər  nəyə lazımdır..?
İcazə verin biz deyək. 
Bu hotellər  turistlər  üçün nəzərdə tutulmayıb və   konkret olaraq  təyinatları başqadır...
Yəqin ki, anladınız...
Bəli,  Bakımızda  fəaliyyət göstərən 3-4 ulduzlu hotellərin çoxu  qeyri-təyinat  üzrə  işləyir. Hətta lazım gələrsə, Bakıdakı ən bahalı hotellərdə hansı nazirlərin, məmurların, səfirlərin  gecələdiyini də hotel sahibi olan sabiq nazirlərin üzünə  deyə  bilərik. 
Gündəlik-Bakı olaraq xeyli müddətdir ki, Bakıda fəaliyyət göstərən əxlaqsızlıq yuvaları ilə bağlı  silsilə yazılar dərc edirik. 
Məqsədimiz  nəsə əldə etmək deyil, milləti faciəyə aparan  bu iyrənc prosesi  dayandırmaqdır. 
Əlbəttə, xarici ölkələrdə də  bu tip obyekrlər var. Ancaq onlar şəhərin mərkəzində, yaxud məktəbin yanında başqa ad altında deyil, şəhərdən kənarda  konkret öz təyinatlarına uyğun adla fəaliyyət göstərirlər. Və cəmiyyət də  bunu başa düşür. 
Bizdə son  30 ildə nə qədər gecə barları, gecə klubları, restoranlar açılıb ki, hamıya bəlli olan  təyinat üzrə fəaliyyət göstərirlər. 
Təsəvvür edirsiniz, bir neçə il əvvəl Almaniya  səfirliyinə yaxın ərazidə, şəhərin mərkəzində yaşayan sakinlər şikayət edirdilər ki, gecə klubundakı hay-küydən, erotik musiqidən evdə otura bilmirik. 
Bu  gün məşhur   “Torqovıda”  belə gecə  klubları kifayət qədərdir. 
Bəzi məmurların ölkəmizə dəvət etdiyi  ərəb dostları təkcə meşələrimizdə, qoruqlarımızda nadir quşları ovlamır ee....
Torqovıda  ərəb  qonaqlar  başqa “quşları” da ovlayırlar, daha doğrusu, milli-mənəvi dəyərlərimizə  elə zərbə vururlar ki...
Bəli,  elə itirdiklərimiz var ki, onu nə vaxtsa  bərpa edə biləcəyik. Amma elə itirdiyimiz  mənəvi-əxlaqi dəyərlər var ki, onu təəssüf ki, heç vaxt bərpa edə bilməyəcəyik. 
Gündəkli-Bakının bu mövzuda dönə-dönə yazmasının da əsl səbəbi budur. 
Bir neçə gün öncə Bakının mərkəzində qaz balonundan partlayan Location  gecə klubunda baş verən faciə bizə dərs olmadı..? 
Görəsən, müvafiq dövlət qurumları hara baxır..?
Nə qədər insan yaralandı, şikəst oldu, ölənlər var...
Təsəvvür edirsiniz  xristian ölkələrində gecə  saat 12-dən sonra  spirtli içkilər qadağan edilib. 
Amma Allah qoymasa, islam ölkəsi olan Azərbaycanın paytaxında gecə səhərədək nəinki spirtli içkilər  verilir...
Kim bizə qarantiya verə bilər ki, həmin gecə klublarında  narkotik verilmir..? 
Biz bunu təsdiq etmirik, amma əksini də  ehtimal edirik...
Belə gecə klubu kimi fəaliyyət göstərən, təyinatı üzrə  restoran olan obyektlərdən biri də  GALİANO-dur. 
Düzü, bu obyektin adının mənasını anlamağa çalışsaq da  bir tərəfə  çıxarda bilmədik. 
Yeri gəlmişkən, bu özü də Azərbaycanda ciddi problemdir. Nə qədər xarici ad altında  gecə klubları, restoranlar  fəaliyyət göstərir. 
Sözün qısası, apardığımız müşahidələr zamanı gördük ki, Galiano restoranında  əsasən gecələr məmur övladları hər cür oyundan çıxırlar. 
Milli-mənəvi dəyərlərimizə zidd olan  bu obyektin fəaliyyəti  3-4 ay öncə dayandırılmışdı  və işləməsinə icazə verilmirdi. 
Hansısa  güclü məmur əli ilə  Galiano öz fəaliyyətini yenidən bərpa edib. 
Yeri gəlmişkən, bir neçə gün öncə belə  obyektlərin birində  transseksualı, “geyi”  öldürən azərbaycanlı  gəncə  hökm oxundu. 
Kim qarantiya verir ki,  belə bir hadisə  Galiano  restoranında baş verməyəcək..? 
Deyilənlərə görə,  Galiano-nun müştərilərinin bir hissəsi məhz  “gey”lər, transseksuallardır. 
Burada  hər gecə  dollar yağışı olur,  külli miqdarda pul xərclənir. 
Görəsən, bir gecədə 100 minlərlə manat qazanan  bu  Galiano  restoranı dövlətə nə qədər vergi ödəyir..? 
Görəsən hüquq-mühafizə orqanları bu tip obyektlərdə baş verən alverləri görmürlər..? 
Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq.
MƏNBƏ;https://gundelik-baku.com






Xəbəri paylaş

5838 dəfə oxunub.

Digər xəbərlər
6-02-2017, 16:28 Bakıda vulkan püskürüb

bütün xəbərlər
____ Instagram ___