Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma > “Galiano”da gecələr baş verənləri hüquq-mühafizə orqanları görmür..? - Məmur övladlarının gecə oylağında nələr baş verir..?
“Galiano”da gecələr baş verənləri hüquq-mühafizə orqanları görmür..? - Məmur övladlarının gecə oylağında nələr baş verir..?13-04-2022, 10:41. Yazar: Xeberaz |
Son 30 ildə, yəni müstəqillik dönəmində tikilən hotellərin, gecə klublarının, restoranların sayına nəzər salanda adam dəhşətə gəlir. Axı, ən yüksək səviyyədə etiraf olunub ki, Azərbaycanda turizm çox aşağı səviyyədədir. Bunu bilməyən yoxdur. Düzdür, son vaxtlar bu sahəyə diqqət ayrılıb. Belə olan halda bu qədər bahalı hotellər nəyə lazımdır..? İcazə verin biz deyək. Bu hotellər turistlər üçün nəzərdə tutulmayıb və konkret olaraq təyinatları başqadır... Yəqin ki, anladınız... Bəli, Bakımızda fəaliyyət göstərən 3-4 ulduzlu hotellərin çoxu qeyri-təyinat üzrə işləyir. Hətta lazım gələrsə, Bakıdakı ən bahalı hotellərdə hansı nazirlərin, məmurların, səfirlərin gecələdiyini də hotel sahibi olan sabiq nazirlərin üzünə deyə bilərik. Gündəlik-Bakı olaraq xeyli müddətdir ki, Bakıda fəaliyyət göstərən əxlaqsızlıq yuvaları ilə bağlı silsilə yazılar dərc edirik. Məqsədimiz nəsə əldə etmək deyil, milləti faciəyə aparan bu iyrənc prosesi dayandırmaqdır. Əlbəttə, xarici ölkələrdə də bu tip obyekrlər var. Ancaq onlar şəhərin mərkəzində, yaxud məktəbin yanında başqa ad altında deyil, şəhərdən kənarda konkret öz təyinatlarına uyğun adla fəaliyyət göstərirlər. Və cəmiyyət də bunu başa düşür. Bizdə son 30 ildə nə qədər gecə barları, gecə klubları, restoranlar açılıb ki, hamıya bəlli olan təyinat üzrə fəaliyyət göstərirlər. Təsəvvür edirsiniz, bir neçə il əvvəl Almaniya səfirliyinə yaxın ərazidə, şəhərin mərkəzində yaşayan sakinlər şikayət edirdilər ki, gecə klubundakı hay-küydən, erotik musiqidən evdə otura bilmirik. Bu gün məşhur “Torqovıda” belə gecə klubları kifayət qədərdir. Bəzi məmurların ölkəmizə dəvət etdiyi ərəb dostları təkcə meşələrimizdə, qoruqlarımızda nadir quşları ovlamır ee.... Torqovıda ərəb qonaqlar başqa “quşları” da ovlayırlar, daha doğrusu, milli-mənəvi dəyərlərimizə elə zərbə vururlar ki... Bəli, elə itirdiklərimiz var ki, onu nə vaxtsa bərpa edə biləcəyik. Amma elə itirdiyimiz mənəvi-əxlaqi dəyərlər var ki, onu təəssüf ki, heç vaxt bərpa edə bilməyəcəyik. Gündəkli-Bakının bu mövzuda dönə-dönə yazmasının da əsl səbəbi budur. Bir neçə gün öncə Bakının mərkəzində qaz balonundan partlayan Location gecə klubunda baş verən faciə bizə dərs olmadı..? Görəsən, müvafiq dövlət qurumları hara baxır..? Nə qədər insan yaralandı, şikəst oldu, ölənlər var... Təsəvvür edirsiniz xristian ölkələrində gecə saat 12-dən sonra spirtli içkilər qadağan edilib. Amma Allah qoymasa, islam ölkəsi olan Azərbaycanın paytaxında gecə səhərədək nəinki spirtli içkilər verilir... Kim bizə qarantiya verə bilər ki, həmin gecə klublarında narkotik verilmir..? Biz bunu təsdiq etmirik, amma əksini də ehtimal edirik... Belə gecə klubu kimi fəaliyyət göstərən, təyinatı üzrə restoran olan obyektlərdən biri də GALİANO-dur. Düzü, bu obyektin adının mənasını anlamağa çalışsaq da bir tərəfə çıxarda bilmədik. Yeri gəlmişkən, bu özü də Azərbaycanda ciddi problemdir. Nə qədər xarici ad altında gecə klubları, restoranlar fəaliyyət göstərir. Sözün qısası, apardığımız müşahidələr zamanı gördük ki, Galiano restoranında əsasən gecələr məmur övladları hər cür oyundan çıxırlar. Milli-mənəvi dəyərlərimizə zidd olan bu obyektin fəaliyyəti 3-4 ay öncə dayandırılmışdı və işləməsinə icazə verilmirdi. Hansısa güclü məmur əli ilə Galiano öz fəaliyyətini yenidən bərpa edib. Yeri gəlmişkən, bir neçə gün öncə belə obyektlərin birində transseksualı, “geyi” öldürən azərbaycanlı gəncə hökm oxundu. Kim qarantiya verir ki, belə bir hadisə Galiano restoranında baş verməyəcək..? Deyilənlərə görə, Galiano-nun müştərilərinin bir hissəsi məhz “gey”lər, transseksuallardır. Burada hər gecə dollar yağışı olur, külli miqdarda pul xərclənir. Görəsən, bir gecədə 100 minlərlə manat qazanan bu Galiano restoranı dövlətə nə qədər vergi ödəyir..? Görəsən hüquq-mühafizə orqanları bu tip obyektlərdə baş verən alverləri görmürlər..? Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. MƏNBƏ;https://gundelik-baku.com Geri dön |